J’son & Partners Consulting təşkilatının məlumatına əsasən 2017-ci ildə Rusiya maşınlararası(M2M) həllər və xidmətlər, o cümlədən əşyalar interneti(İoT) bazarının həcmi 60 milyard rublu aşmışdır. Analitiklər bu gedişlə əşyalar interneti bazarının yüksəlişini gözləyərək bütövlükdə 2022-ci ilin nəticələrini proqnozlaşdıraraq onun 90 milyard rublu aşacağı qənaətindədirlər. Bu strukturda kifayət qədər dəyişikliklərin baş verəcəyi gözlənilir, datanın ötürülmısi xidmətlərinin payı və həmçinin proprietar proqram aparat komplekslərinin payı 2017-ci ilin 70% göstəricisindən 40%-ə qədər azalacaqdır. Bununla belə bulud xidmətlərinin payı demək olar ki, 5 dəfə artacaqdır.

Artıq 15 ildən çoxdur ki, Rusiyada paylanmış telemetriya sistemləri bazarı, başqa sözlə maşınlararası kommunikasiya sistemləri bazarı və həmçinin əşyalar interneti bazarı uğurla inkişaf edir. Nəticədə qoşulmuş qurğuların kifayət qədər müəyyən olunmuş bazası formalaşmışdır. Belə ki, bütün növ qoşulma texnologiları o cümlədən mobil, simli, simli fiksə olunmuş kommunikasiyanın kombinasiyasından istifadə etməklə 15,9 milyon telemetriya qurğusu WAN şəbəkəsinə qoşulmuşdur.

Ümimiyyətlə hesabatda bu xidmətin inkişaf etməməsinin əsas səbəbi kimi rabitə xidmətlərinin payının yüksək olması və M2M/İoT bulud xidmətlərinin tam inkişaf edə bilməməsi əsas götürülür. Məsələn 1GB trafikinin mobil M2M tarifinin qiyməti 1500 rubl təşkil etməsidir ki, adi istifadəçinin smartfonunda normalda istifadə etdiyi 1GB data trafikin tariflərin qiymətindən(1GB-75 rubl) 20 dəfədən çoxdur.  Müqayisə üçün dünyada mobil operator M2M connectivity üçün ARPU-nun qiymətini 1,5-2 dollara təşkil edirsə Rusiyada bu ayda 90 rubl təşkil edir. Amma nəzərə almaq lazımdır ki, Rusiya mobil operatorlarının ARPU-su dünyanın inkişaf etmiş ölkələrinin operatorlarının ARPU-sundan 4-7 dəfə aşağıdır. Odur ki, Rusiyada M2M xidmətləri üçün ARPU-nun aşağı salınması imkanları, potensialı mövcuddur. Bu gün bu faktor onun inkişafını ləngidir.

CAVAB YAZIN

Zəhmət Olmasa Rəyinizi Daxil Edin!
Please enter your name here