İDC analitik agentliyinin son hesabatında 2018-ci ilin əsas trendləri haqqında məlumatlar verilir. İDC-nin vitse prezident və baş analitiki Frank Qens(Frank Gens)siyahıda olan 10 əsas trend haqqında keçirilən vebinarda öz mülahizələrini bölüşmüşdür.

  1. 2021-ci ilə qədər rəqəmli texnologiyalar dünyanın ümüm daxili məhsulunun 50%-ni təşkil edəcəkdir. Onun sonrakı artımı isə rəqəmli vasitələrin, yaxşılaşdırılmış məhsul, istehsal prosesi və qarşılıqlı münasibət hesabına olacaqdır.
  2. 2020-ci ilə qədər müəssisələrin 60%-i rəqəmli strategiyaya keçid strategiyalarını hazırlayacaqlar
  3. 2021-ci ilə qədər dünya üzrə “bulud” xidmət və məhsullarına çəkilən xərclərin 530 milyard dolları ötəcəkdir ki, buraya avadanlıq, proqram təminatı və bulud xidmətləri daxildir. Bütün şirkətlərin 90%-i bu xidmət və platformalardan istifadə edəcəkdir
  4. 2019-cu ilə qədər rəqəmli transformasiya ilə bağlı layihələrin 40%-i süni intellekt əsasında xidmətlərin göstərilməsinə başlayacaqdır
  5. 2021-ci ilə qədə korporativ əlavələrin hiperdinamik arxitekturaya sürüşməsi prosesi baş verəcək. Bu əlavələrin 80%-i bulud platformalarında hazırlanacaqdır
  6.  2020-ci ildə insan-kompüter interfeysləri rəngarəng olacaqdır. Texniki mütəxəssislərin 25%-i və həmçinin eyni miqdarda İT mütəxəssisləri artırılmış reallıq texnologiyasından istifadə edəcəkdir
  7. Global 2000 reytinqində yer almış şirkətlərin dörddən biri rəqəmi texnologiyalara olan etimadı artırmaq üçün blokçeyn texnologiyalarından istifadə edəcəklər
  8. İri müəssisələrin 90%-i 2020-ci ilə kimi bu və ya digər formada data-nın göstərilmısi ilə bağlı(data as a service) xidmətlərdən gəlir əldə edəcəkdir
  9. Yaxın 3 ildə proqram kodunun yazılmasını tələb etməyən sadə işləmə vasitələri təkmilləşdiriləcək ki, bu isə texniki sahənin mütəxəsisləri olmayan işləmçi(developerlər) sürətli artımına gətirib çıxaracaqdır
  10. 2021-ci ilə qədər Global 2000 siyahısında olan şirkətlərin 50%-i rəqəmli xidmətlər çərçivəsində özlərinin açıq APİ interfeysi ilə qarşılıqlı təmasda olacaqdır. 2017-ci ildə bu göstərici praktiki olaraq sıfıra bərabərdir.

CAVAB YAZIN

Zəhmət Olmasa Rəyinizi Daxil Edin!
Please enter your name here