Beynəlxalq Telekommunikasiya İttifaqının 2017-ci il kibertəhlükəsizlik indeksi üzrə reytinqində Azərbaycan bəzi texnoloji inkişaf edən edən ölkələri geridə qoyaraq 48-ci yerdə qərarlaşmışdır.

Təşkilatın hesabatında Azərbaycan İKT sahəsində Avropanın bir çox ölkələrini geridə qoymuşdur. Reytinqdə ilk üçlüyü müvafiq olaraq Sinqapur, ABŞ və Malayziya tutmuşlar. İngiltərə 12-ci, Almaniya 24-cü yerdə qərarlaşmışdır. Bütövlükdə araşdırmada 193 ölkə iştirak etmişdir.

Ümumiyyətlə müasir rəqəmsal dünyada kibercinayətkarlıq dünya iqtisadiyyatı üçün əsas təhdidlərdən biri hesab olunur. Vətəndaşların internetdə davranış mədəniyyətini qaldırmaq, kibercinayətkarlıqla mübarizədə bütün dünyada qəbul olunmuş müəyyən qanunların yayılması belə cinayətkarlıqla mübarizədə kömək ola bilər.

 

CAVAB YAZIN

Zəhmət Olmasa Rəyinizi Daxil Edin!
Please enter your name here