Hindistanın aparıcı 4G operatoru olan Reliance Jio İnfocomm hər bir müştəridən, istifadəçidən əldə etdiyi gəliri(ARPU) qoruyub saxlamaq üçün yeni təklifi olan, sonradan ödənişli(post-paid) tarif planını bəyan etmişdir.

Reliance Jio, aylıq tarifi 199 rupiyə 25GB data paketi, əlavə pulsuz danışıqlar, limitsiz SMS, təhlükəsizlik depoziti olmadan beynəlxalq rouminq xidmətləri təklif edir.

Hindistanın təxminən 1 milyarda yaxın mobil telefon istifadəçilərinin 5%-i sonradan ödənişli(post-paid) istifadəçilərdir. Başqa sözlə xidmət göstərildikdən sonra ödənişi edirlər. Sonradan ödəniş planını seçən müştərilər heç də əvvəlcədən ödənişi planı tələb edən operatorlara tez keçməyə heç bir zaman tələsmirlər. Reliance Jio-dan bildirmişlər ki, bu Hindistanda aşağı tarif planı təklif edən sənaye status kvosunun çağırışıdır. Jio həmçinin öz müştərilərinə əlverişli beynəlxalq zənglər, beynəlxalq rouminq xidmətlərini təklif edir.

Qeyd edim ki, Hindistanda 4 mobil operator- Airtel, Vodafone, İdea Cellular və Reliance Jio müştərilərə xidmət edir.

Airtel, İdea, Vodafone abonentlərinə 399 Rupiyə 20GB data təklif edir ki, bu tarif paketindən əlavə danışıq zəngləri və SMS pulsuzdur. Bu 4 operator əlavə olaraq eyni qiymətə, ayda 149 Rupiyə  beynəlxalq rouminq qiymətlərini təklif edir.

Artıq dünyanın bir çox operatorları abonentlərinə iri data paket verməklə telefon danışıqlarını pulsuz etmə tendensiyasına üstünlük verirlər. Artıq VoLTE-yə keçidi zaman mobil operatorlardan tələb edir.