Ötən gün Cənubi Afrikanın Durban şəhərində keçirilən İTU Telecom World -2018 tədbirində çıxış edən Səubiyyə Ərəbistanının İKT-yə məsul şəxsləri yaxın zamanlarda Səudiyyə Ərəbistanında həyata keçiriləcək meqa layihədən danışmışlar.

Ölkədə baş tutacaq bu layihə big data və süni intellekt üzərində qurulacaqdır. Söhbət 2020-ci ildə tikintisinə başlanacaq NEOM ağıllı şəhər layihəsindən gedir. Ağıllı şəhər 26500 kvadrat kilometr(26,500 sq km) sahəni əhatə edəcəkdir ki, Bu ABŞ-ın San Fransisko şəhərindən 218 dəfə, Nyu York şəhərindən isə 33 dəfə böyük deməkdir. Yüksək texnoloji ağıllı şəhərin(High-tech city) tikintisinə 500 milyard dollar vəsait ayrılacaqdır. Ağıllı şəhər Qırmızı Dənizi əhatə etməklə Səudiyyə Ərəbistanını Misir və Şimali Afrika ilə birləşdirəcəkdir. Tikiləcək ağıllı şəhərin yeni infrastrukturu bütün tibb müssisələri, ev elektron avadanlıqları da daxil olmaqla əşyalar interneti(İoT) üzərində qurulmaqla süni intellektlə idarə ediləcəkdrir.

Cənubi Afrikada Səudiyyə Rabitə və İT Nazirinin təqdimatı geniş marağa səbəb olmuş və bu layihə Səudiyyə Ərəbistanının rəqəmsal transformasiya dövrünə uğurla başlamasının əyani göstəricisidir. Yeni neft kimi süni intellektdən istifadə ediləcəkdir.

Uzun zamandır ki, Azərbaycanda ağıllı şəhər layihəsini gündəmə gətirdiyimdən bu məsələ bir daha bizim üçündə aktual məsələyə çevrilməlidir. Biz artıq dördüncü sənaye inqlabının çağırışlarına hazır olmalıyıq və İKT sektorunun ekosistemi, landşaftı zamanın tələbinə uyğun dəyişməlidr. Biz gecikməməliyik İKT-dəki bu texnoloji inqlabın çağırışlarına.