ABŞ konqresinin nümayəndələr palatası kibertəhdidlərlə bağlı qanun layihəsini yekdilliklə qəbul etmişdir. Bu qanuna görə Vaşinqton xarici dövlət, təşkilat və şəxslərə qarşı ABŞ əleyhinə kibercinayətkarlıq əməllərinə görə sanksiya tətbiq etməlidir. Bu barədə xarici işlər üzrə palata komitəsinin məlumatında bildirilir. Sənəd konqresin saytında dərc edilmişdir.

Qanunvericilər hesab edirlər ki, belə bir tədbir amerikadakı seçkiləri və “mənfur niyyətli kiberaktivliyi sponsorlaşdıran xarici dövlətlər”dən ölkənin mühüm infrastruktur obyektləri qoruya biləcəkdir.

Sənəddə göstərildiyi kimi norma ABŞ Milli  Kəşfiyyat idarəsinin direktorunun 2019-cu ildə “Rusiya, İran, Çin və Şimali Koreya”nın Birləşmiş Ştatlar üçün ən böyük kibertəhdid olacağı bəyanatı fonunda qəbul edilmişdir.

Bununla yanaşı qanun layihəsində WannaCry virusunun hücumu və zərərli NotPetya proqram təminatı haqqında danışılır. Sonuncu hücumun “Rusiya tərəfindən aparıldığı” qeyd edilir. Amerika qanunvericilərinin bildirdiyinə görə o tarixdə ən dağıdıcı kiber əməliyyat olmuşdur ki, nəticədə Ukrayna, Avropa, Asiya və Amerikaya milyardlarla dollar zərər vurmuşdur.

İndi nümayəndələr palatasının kibertəhdidlə bağlı qəbul etdiyi bu qanun layihəsi senatın təsdiqinə veriləcəkdir. Təsdiq olunacağı təqdirdə onu prezident imzalamalıdır.