“Alibaba Group” Çində Alibaba buludunun “infrastruktur xidmət kimi” modeli üzərində(Alibaba Cloud’s Infrastructure as a Service(IAAS)) SAP Bulud(Cloud) Platformasını və SAP S/4HANA Buludunu(Cloud) təklif edir. Məqsəd müştərilərin buluda keçməsinə yardımçı olmaq və ağıllı, intellektual müəssisələr qurmaqdır. Alibaba və SAP iki il bundan qabaq səylərini birləşdirərək Çində “Alibaba Group” vasitəsilə korporativ bulud xidmətlərini çatdırmaqdır. Hər iki şirkət bundan sonra da əməkdaşlıq edəcəkdir və birgə innovativ layihələr yerinə yetirəcək və bazara birgə daxil olaraq SAP S/4HANA Buludunu (Cloud) təklif edəcəkdir. Alibaba buludun (Alibaba’s Cloud) müştəriləri özlərinin mövcud biznes xidmətlərini genişləndirmək üçün SAP Cloud Platformasını buraxma imkanları olmaqla yeni əlavələr quracaq(applications) və üçüncü tərəf texnologiyalarını inteqrasiya etmək imkanı əldə edəcəkdir.

Həmçinin müqavilə şərtlərinə uyğun olaraq Alibabanın bulud texnologiyasından (Alibaba’s Cloud Technology) istifadəni davam etdirəcək və Alibaba özünün yeni biznes modelinə təkan vermək üçün SAP S/4HANA proqram təminatını qəbul edəcəkdir. Alibaba və SAP süni intellekt, əşyalar interneti, yeni riteyl və yeni istehsal sahələri ətrafında  əməkdaşlıq yollarını araşdıracaq, tədqiq edəcəkdir. Qeyd edim ki, bütün bunların hamısı “Alibaba Group” tərəfindən irəli sürülən yeni təşəbbüslərdir.