2018-ci ildə Almaniyada “Big data applications” bazarı təxminən 6,4 milyard avro gəlir əldə edəcəkdir. Bu isə 2017-ci illə müqayisədə 10% artım deməkdir. Bu haqda Almaniyanın rəqəmsallaşdırma assosiasiyasının verdiyi son məlumatda bildirilir. Aparat təminatı sektorunun bu sürətlə inkişaf edən bazarda proqram təminatından daha sürətlə inkişaf edəcəyi gözlənilir və ötən illə müqayisədə bu il 18% artaraq 671 milyon avro təşkil edəcəyi gözlənilir. Baxmayaraq ki, proqram təminatı sektoru Big datanın ən böyük sektoru hesab edilir 2018-ci ildə bu sektorun gəlirinin 9% artacağı gözlənilməklə 3,1 olacağı gözlənilir. Assosiasiyanın hesabatında 2018-ci ildə bazarın gəlirinin 2,6 milyard avroya qədər artacağı gözlənilir ki, bu da ötən illə müqayisədə 11% artım deməkdir.