06 sentyabr 2018-ci il tarixində Amazonun kapitallaşması 1 trilyon dolları aşmışdır. Nəticədə internet nəhəng “Apple”dən sonra belə bir göstərici əldə etmiş ikinci Amerikan şirkəti olmuşdur.

Reyters informasiya agentliyinin məlumatına görə 06 sentyabrda birjalarda Amazonun qiymətli kağızlarının dəyəri 2050,5 dollara qədər artmışdır ki, buda 1 trilyonluq kapitallaşmanı təmin etmişdir. Birjaların kapitallaşmasına qədər kotirovka 2039,51 dollar qiymətində qalmışdır ki, bu da ötən günlə müqayisədə 1,3% çox deməkdir.

2018-ci ilin əvvəlindən 06 sentyabr tarixinə qədər Amazonun səhmlərinin dəyəri 74,5%-ə yüksəldiyi halda bü müddətdə ərzində “Apple”in kotirovkası 35%-ə yüksəlmişdir.

İnvestorlar Amazonu maliyyə göstəricilərinin yaxşılaşdırılmasına görə mükafatlandırmışlar. Belə ki, Amazon iyul ayının sonunda gəlirini 13%-ə qədər artıraraq ilk dəfə olaraq 2.5 milyard dollara çatdığını bildirmişdir. Xüsusilə şirkətin pərakəndə satış və bulud biznesi aktiv inkişaf edərək yüksək nəticələr nümayiş etdirmişlər.

Şirkətin 9 il ərzində səhmlərinin dəyəri 20 dəfə artmışdır. 2009-cu ildə onun qiymətli kağızına təxminən 100 dollar verildiyi halda 2017-ci ilin oktyabrında 1000 dollar olmuş, 2018-ci ilin avqustun sonunda isə 2000 dollar olmuşdur. Şirkət səhmlərini 1,5 dollardan yerləşdirməklə 15 may 1997-ci ildə birjaya çıxmışdır.

Qeyd edim ki, 2007-ci ildə tarixdə ilk dəfə kapitallaşması 1 trilyonu ötən şirkət Çinin PetroChina şirkəti olmuşdur.