Ötən gün Amazon şirkətinin təsisçisi və rəhbəri Cef Bezosun ümumi varidatının həcmi 100 milyard dollara çatmışdır. Belə ki “Qara cümə”(Black Friday) kompaniyası çərçivəsində keçirilən kütləvi satışdan sonra dünyanın ən varlı adamı tituluna mütləq şəkildə layiq görülmüşdür. Bu haqda məlumat verən Blumberq nəşri bundan öncə Cef Bezosun ümumi varidatının 93,1 milyard dollar olduğunu bildirmişdir.

Agentliyin verdiyi məlumatda Amazon şirkətinin ötən gün ərzində səhmlərinin 2% artması haqqındada məlumat verir. Qara cümə günü “online” mağazada şatış göstəricisi ötən illə müqayisədə 14,8% artıq olmuşdur.

Hələ Amazonun ötən oktyabr ayındakı rüblük hesabatından sonra onun varidatı 10 milyard dollar artaraq Microsoft şirkətinin başçısı Bill Qeytsi geridə qoyaraq dünyanın ən varlı adamları siyahısında liderliyi ələ keçirmişdir. Ötən günkü rekord gəlirdən sonra isə gəlirlərinə görə ona çatan insanın olmadığı artıq bir daha sübut olundu.

CAVAB YAZIN

Zəhmət Olmasa Rəyinizi Daxil Edin!
Please enter your name here