Avropa Komissiyası 2021-ci ildən 2027-ci ilə qədər(2021-2027) özünün yeni “Horizon Europe” tədqiqat və innovasiya(R&D) proqramına 100 milyard Avro investisiya yatırılması təklifini elan etmişdir. Ən iddialı tədqiqat proqramı kimi Avropa İnnovasiya Şurasının da daxil olduğu bir çox layihələrdə olduğu kimi bundan öncəki Horizon 2020 layihəsi çərçivəsində həyata keçirilən layihələrin məqsədin də olduğu kimi vahid pəncərə prinsipi(one stop shop) formasında yüksək potensialı və qabaqcıl texnologiyaları laboratoriyadan bazara çıxarmağın üsullarını araşdırmaqla ən innovativ startapların və şirkətlərin öz ideyalarını genişləndirməyə onlara yardımçı olaraq bu işlərin təşviqinə başlayacaqdır.

2021-2027-ci illər üçün təklif edilmiş büdcə ayrılması 100 milyard Avrodur ki, bununda 97,6 milyard Avro məbləği Horizon Europe, 2,4 milyard Avro isə Euratom tədqiqat və treyninq proqramları üçün ayrılması təklif edilmişdir.

Avropa Komissiyasının elan etdiyi bu investisiya Avropa İttifaqının 2021-2027-ci illərdə superkompüterlər, süni intellekt və kibertəhlükəsizlik kimi innovativ texnologiyalara fokuslanmış ilk rəqəmsal proqramı çərçivəsində ilkin mərhələ üçün ayrılmış 9,2 milyard Avro investisiya təklifindən sonra komissiya tərəfindən ümumi hesablama aparılmış və layihə üçün yekun məbləğ elan edilmişdir.