Avstriyanın RTR tənzimləyici orqanı 3.4-3.8 GHs zolağında tezliklərin auksionu üçün ilkin şərtlər üçün ictimai məsləhətləhətləşmələrə start vermişdir. RTR öz növbəsində tezlik spektrinin potensial istifadəçilərindən şərhlər verilməsinə dəvət edir. Şərhlər üçün son tarix 15 sentyabrdır. Auksionda iştirakla bağlı ərizələrin ilin sonunda və ya 2018-ci ilin əvvəlində qəbul ediləcəyi gözlənilir və auksionun özünün 2018-ci ilin ikinci rübündən tez keçiriləcəyi gözlənilmir. 3400-3600 MHs və 3600-3800 MHs zolağındakı(LTE 42- ci zolaq) tezliklər 2020-ci ilin yanvarın birindən etibarən mövcud qüvvədə olan lisenziyaların müddətinin tarixi bitdikdən sonra azad ediləcəkdir. İctimai məsləhətləşmələr çərçivəsində RTR 10MHs və 20 MHs tezliklər bloku olan 2 variantı təşkilini planlaşdırır. Lizenziyaların ərazi üzrə doğruluğu təhlil edildikdən sonra RTR dörd variant arasından qərar verəcəkdir. Lisenziya müddətinin 2039-cu ilin sonuna qədər uzadılması təklif edilir. Auksionda müəyyən olunan qiymətlərin aşağıdakı kimi təklif edilməsi gözlənilir: milli lisenziya olduğu halda 10 Mhz blok üçün 412.400 Avro, əhalisin sayı 500 000-dən az olan regionda regional lisenziya olduğu halda 82.800 Avro, milli miqyasda lisenziyanın(tezlik spektrinin hamısı-390MHs) əldə edilməsi üçün isə bütöv müəyyən olunan qiymət 16 milyon Avro dəyərləndirilir.

CAVAB YAZIN

Zəhmət Olmasa Rəyinizi Daxil Edin!
Please enter your name here