2018-ci ilin sentyabr ayınının sonunun yaxınlaşmasına baxmayaraq milli domen adlarının statistikası haqqında heç bir rəsmi statistik məlumat yoxdur. Bu adlara xidmət göstərən texniki mərkəzin statistikasının hər ayın sonunda dərc edilməməsi milli domen bazarındakı real mənzərəni təsəvvür etməyə, ortaya çıxarmağa imkan vermir.

Qeyd edim ki, dünyada ötən ay, 2018-ci ilin avqustun nəticələrinə görə ccTLDs arasında ən çox artım Braziliyanın .br domenində qeydə alınmışdır(+21 317). İkinci yerə Fransanın .fr domeni çıxmışdır(+10 560), üçüncü yerdə isə Kanadanın .ca domeni qərarlaşmışdır(+ 8 907). Ötən avqust ayı iyul ayının ardınca yenidən bütün iri, nəhənq milli domenlər üçün heç də ürəkaçan olmamış, onlar üçün belə demək mümkünsə acınacaqlı olmuşdur. Yenidən Almaniya, Böyük Britaniya və Avropa İttifaqının domenlərində ciddi axın müşayiət olunmuşdur.

Avqust ayında ənənəvi “gTLDs” də maksimal olaraq artım .com domenində qeydə alınmışdır. O +620 722 domen adlarını təşkil etmişdir.

Nəhəng, iri yuxarı səviyyəli yeni domenlərdə(new gTLDs) dəyişilməz üçlük hələ də liderliyini qoruyur. Birinci yerdə yenidən .top domeni(3 437 947 domen adı) tutur. İkinci yerə .loan domeni( 2 160 174 domen adı) layiq görülmüşüdür. Üçüncü yerə .xyz domeni çıxmışdır. Lakin bu domendə enmə, azalma davam edir. Onun nəticəsi – 1 991 943 domen adlarıdır. Bu nəticə iyul ayındakından 22 280 domen adı daha zəif göstəricidir. Digər iki lider domen isə artım nümayiş etdirmişdir. Belə ki, .top domenində +345 981 domen adı, .loan domenində isə +29 122 domen adı artımı qeydə alınmışdır.

Ötən ayın nəticələrinə görə yeni ” gTLDs” də 24 805 984 domen adı qeydiyyata alınmışdır ki, bu da iyul ayının göstəricisindən 680 348 domen adı daha çox , başqa sözlə 2,8% artım deməkdir.

Çox təəssüf ki, bu materialı hazırlayarkən Azərbaycanda domen adlarının statistikası(xüsusilə son iyul və avqust ayları), onların artımı və ya azalma dinamikası, və .az domen adlarına xidmət göstərən texniki xidmət mərkəzinin rəsmi məlumatları olmadığından yerli, milli domen bazarındakı mənzərəni təhlil edə bilmirik.