Son zamanlar Respublikamızın müxtəlif yerlərində xüsusilə ictimai yerlərdə WiFi şəbəkəsinin qurulması sürətlə davam edir. Təbii ki, bu ölkəmizdə rəqəmsal uçurumun aradan qaldırılmsında təqdirə layiq hal kimi qiymətləndirilməlidir. Amma burada əsas faktorları yaddan çıxarmaq olmaz. Təhlükəsizlik və onun əsasını təşkil edən avtorizasiya(şəbəkədən istifadə etmək hüququ vermək).

Ümumiyyətlə Azərbaycanda ictimai WiFi şəbəkələrinin istifadəçilərinin vahid identifikasiya sistemi yaradılmalıdır.  Əgər belə olarsa qeyd etdiyim bu sistem elektron xidmətlər portalında avtorizasiya üçün istifadə edilən Dövlət vahid identifikasiya və avtorizasiya sisteminə inteqrasiya olunacaqdır. Bunun üçün qanunvericilikdə müvafiq dəyişikliklərin aparılmasına ehtiyac vardır. Təbii ki, bu evində marşrutlayıcı(router) vasitəsilə WiFi şəbəkəsi təşkil edən fərdi istifadəçilərə aid deyildir. Amma bütün hüquqi şəxslər və fərdi sahibkarlar istifadəçilərin identifikasiyasını simsiz şəbəkədən istifadə zamanı mütləq şəkildə həyata keçirməlidirlər.

İctimai WiFi şəbəkələrinin istifadəçilərinin vahid identifikasiya sisteminin yaradılmasının ən əsas üstünlüklərindən biri istifadəçinin WiFi şəbəkəsindən yenidən istifadəsi zamanı təkrar identifikasiyadan keçməsinə ehtiyacın olmamasıdır. İstifadəçi sistemdə bir dəfə qeydiyyatdan, başqa sözlə identifikasiyadan keçdikdən sonra ölkə ərazisindəki bütün WiFi şəbəkələri istifadəçini avtomatik tanıyacaqdır. Bu isə istifadəçinin rahatlığı üçün əvəzedilməzdir.

CAVAB YAZIN

Zəhmət Olmasa Rəyinizi Daxil Edin!
Please enter your name here