Kənd təsərrüfatı Azərbaycanda ərzaq və iqtisadi təhlükəsizliyi, həmçinin ölkənin, xüsusilə kənd yerlərində əmək potensialını təmin edən iqtisadiyyatın əsas sahələrindən biri hesab olunur. Kənd təsərrüfatı sektoru ölkə iqtisadiyyatının ÜDM-nin təşkilində mühüm rol oynayır və ölkə əhalisinin, əməkqabiliyyətli əhalinin əksər hissəsi bu sektorda çalışır. Ötən illər baxmayaraq ki, heyvandarlıq, bitkiçilik məhsullarının istehsalında müsbət artım dinamikası müşaiət olunsada hələ də bu sektor realizə edilməyən artım potensialı sahəsi olaraq qalır. Azərbaycanın gələcəkdə Ümumdünya Ticarət Təşkilatına daxil olması ilə xarici bazarlarda rəqabətqabiliyyətliliyin armasına olan tələblər də güclənəcəkdir. Odur ki, aqrar sənaye kompeksində ixrac məhsullarımızın xarici bazarlara çıxışı üçün mütləq şəkildə kənd təsərrüfatı sektoru rəqəmsal transformasiya olunmalıdır.

Ümumiyyətlə Amerika, Kanada və Avstraliya kimi inkişaf edən ölkələrin təcrübəsi göstərir ki, rəqəmsal texnologiyalar bu ənənəvi sahəni kökündən dəyişir. Əşyalar İnterneti də daxil olmaqla müxtəlif mənbələrdən alınan müasir geoinformasiya sistemləri və iri həcmli informasiya(big data) resurslarından rasional istifadə etməklə yüksək məhsuldarlıq almağa imkan verir. Sənaye əşyalar interneti(İİoT) isə məsafədən idarə edilən avtomatlaşdırılmış ferma yaratmağa imkan verir.

Aqrar sənaye kompleksinin rəqəmsallaşdırılması artıq zamanın tələbinə çevrilmişdir və bu istiqamətdə dövlət proqramının yaradılması qeri neft sektorunun inkişafına, ÜDM-də bu sektorun payının artmasına gətirib çıxaracaqdır. Bu gün nəinki aqrar sektor, iqtisadiyyatın bütün sektorları rəqəmsal transformasiya dövrünə keçməli və bununla bağlı dövlət proqramı hazırlanmalıdır.