Bu gün heç birimizə sirr deyil ki, bizim harada və hansı məkanda işdə və ya
istirahətdə olmağımızdan asılı olmayaraq simsiz internet bizim həyatımızın
ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Biz artıq istənilən ictimai yerdə WiFi
zonasına qoşulmağın mümkün olması vərdişlərinə başlamışıq. İstər ictimai
yerlərdə, iaişə obyektlərində, sanatoriya-kurort yerləri və s. yerlərdə internet
şəbəkəsinin son istifadəçilərinin identifikasiya(pasport, telefon momrəsi, şəxsiyyəti
təsdiq edən digər sənədlərlə) predmeti kimi yoxlamalar aparılmalıdır.
Bundan əlavə, bildiyimiz kimi ictimai yerlərdə Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi(NRYTN) əhalinin pulsuz internetlə təminatı üçün artıq
bir neçə vaxtdır yeni layihəyə başlamışdır. Layihəyə əsasən, nazirlik “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu, Dövlət Bayraq Meydanı daxil olmaqla bütün
Dənizkənarı Milli Park və “Fəvvarələr meydanı” ərazilərini ictimai “Wi-Fi”
şəbəkəsi ilə təmin etdikləri haqda məlumatlar verir. Amma bu gün Azərbaycanda
ictimai WiFi şəbəkəsində istifadəçilərə pulsuz internet xidmətləri göstərməzdən
öncə milli qanunvericilik aktı qəbul edilməli və hökumətin qərarı lazımdır. Bunu
zaman və dünya təcrübəsi diqtə edir.
İctimai simsiz internet istifadəçilərinin məcburi şəkildə identifikasiyası milli
qanunvericiliklə, qanunla tənzimlənməlidir və bu qanunu pozan şəxslər inzibati
qaydada cərimələnməlidirlər.
Belə ki, hətta ötən gün Dubay hakerlərinin ictimai pulsuz internetdən istifadə
edən insanların şəxsi məlumatlarını oğurlamaq üçün Wi-Fi texnologiyasından
istifadə edildiyi haqqında KİV-lərdə məlumatlar da yayılmağa başlamışdır.
Bununla əlaqədar olaraq Dubay polisinin kibercinayətkarlığa qarşı mübarizə
departamenti ictimai yerlərdə pulsuz internetdən istifadə edən rezidentlərə
xəbərdarlıqda da etməklə geniş araşdırmalara başlamışlar.
Odur ki, Respublikamızda ictimai yerlərdə simsiz WiFi-dan istifadə ilə bağlı
hökumət tərəfindən qərar qəbul olunarsa NRYTN-nin müvafiq qurumları xüsusilə
radiotezlik orqanları ictimai yerlərdə istifadəçilərin identifikasiyası predmeti kimi
aktiv şəkildə simsiz WiFi şəbəkələrinin qoşulma nöqtələrini(Access point)
yoxlamalara başlamalıdır. Bu Respublikamızda bu sahədə qanunvericiliyin qəbul
oluması kibercinayətkarlığın qarşısının alınmasında qabaqlayıcı tədbir kimi fayda

verə və informasiya təhlükəsizliyinin təmin olunmasında öz töhfəsini vermiş
olardı.
Qeyd etmək istərdik ki, simsiz ictimai WiFi şəbəkəsinə anonim(identifikasiya
olmadan) daxil olmaya qadağa ilk dəfə Avropa ölkəsi olan İtaliyada 2005-ci ildə
qəbul edilmişdir. Bu təhlükəsizik nöqteyi nəzərindən edilmişdir.

CAVAB YAZIN

Zəhmət Olmasa Rəyinizi Daxil Edin!
Please enter your name here