Ötən gün 8 yanvar 2018-ci il tarixində ABŞ-ın kosmik telekommunikasiya peyk istehsalçı şirkəti olan Orbital ATK şirkəti ilə bu ölkənin peyk operatoru olan İntelsat, Galaxy 30 peykinin hazırlanması ilə bağlı müqavilə imzalamışdır. Peyk Orbital ATK-nın GEOstar-2 peyk platforması üzərində yığılacaqdır. Galaxy 30 Orbital ATK-nın Virciniya ştatının Dulles şəhərində yerləşən zavodunda layihələndiriləcək, quraşdırılacaq, inşa ediləcək və sonda test sınaqlarından keçiriləcəkdir. Peyk əsasən Şimali Amerikada video, TV yayım xidmətləri göstərəcəkdir.

Peyk 2020-ci ilin əvvəllərində kosmik fəzaya qaldırılacaqdır. Galaxy 30 peyki Orbital ATK-nın bütün dünyada müştəriləri üçün hazırladığı sayca 41-ci kosmik gəmisi olacaqdır. Peyk C, Ku və Ka tezlik zolaqlarında müştərilərinə xidmət göstərəcəkdir.

Qeyd etmək istərdim ki, Orbital şirkəti Azərbaycanın ilk milli telekommunikasiya “Azerspace-1” peykinin istehsalçısıdır. Şirkət o zaman Orbital Sciences Corporation adlanırdı. 2015-ci ildə şirkətin ATK şirkəti ilə konsolidasiyasından sonra adı dəyişdirilərək Orbital ATK adlandırılmışdır.

CAVAB YAZIN

Zəhmət Olmasa Rəyinizi Daxil Edin!
Please enter your name here