Striminq xidmətləri göstərən Netflix ilk dəfə olaraq dünyanın ən bahalı media şirkəti statusunu qazandı. Ötən gün 24 may tarixində onun bazar dəyəri, kapitallaşmasa dəyəri 153 milyard dollarlıq rekord həddə çataraq “Walt Disney”in kapitallaşma dəyərini geridə qoymuşdur.

Qeyd edim ki, Barak və Mişel Obama cütlüyü bu həftə Netflixlə müqavilə bağlayaraq prodyüsser kimi fəaliyyət göstərəcəklər. Cütlük Netflix kino şirkəti ilə uzun müddətli, bir neçə illik müqavilə bağlamışlar. Onlar sənədli və bədii filmdə daxil olmaqla film və seriallar çəkəcəklər. Beləliklə onlar kino sənayesinə üz tutmağa qərar vermişlər.