GSMA təşkilatı 2018-ci ildə dünyanın ən böyük telekommunikasiya ticarəti tədbiri sayılan Mobil Dünya Konqresinin(Mobile World Congress- MWC 2018) yeni əsas məruzəçilərini bəyan etmişdir.

MWC-2018 tədbiri bu il 26 fevral- 1 mart tarixlərində Barselona şəhərində keçiriləcəkdir. Yeni təsdiq olunmuş əsas məruzəçilər aşağıdakılardır:

  1. Briqita Bauman- Go Beyond Early Stage İnvesting şirkətinin təsisçisi
  2. Brayən Belendorf-   Hyperledgerin icraçı direktoru
  3. Rikardo Antonio Nevares- Puerto Rikonun qubernatoru
  4. Mari Erling- Telia Qrup komissiyasının rəhbəri
  5. Kati Kelvin- Birləşmiş Millətlər Fondununun prezidenti və baş icraçı direktoru
  6. Jim Yonq Kom- Dünya Bankının prezidenti
  7. Ajit Pai- ABŞ-ın Federal Rabitə Kommissiyasının sədri

GSMA təşkilatı həmçinin Mobil Dünya Konqresinin sponsorları, tərəfdaşları və yeni sərgiçilərinin elanını vermişdir.

Tədbirdə BMW özünün sürücüsüz avtomobil nümayişində “i brand“modelini təqdim edəcək, Byton şirkəti digər avtomobil istehsalçıları Mercedes-Benz, Toyota, SEAT-la birlikdə “connected car” konsepsiyasını təqdim edəcəkdir.

Kazax Telekom və məşhur Salesforce şirkəti Mobil Dünya Konqresində iştirakını təsdiq edən ən son şirkətlər olmuşlar.

Alibaba, AT&T, China Mobile, Cisco Systems, Deutsche Telekom, Ericsson, Essential, Facebook, Google, HTC, Huawei, İntel, Lenovo, LG, Microsoft, NTT DOCOMO, Nokia Solutions and Networks, Orange, Qualcomm, SK Telecom, Telefonica, Verizon, Vodafone, Xiaomi, ZTE kimi nəhənglər sponsorlar qismində tədbiri dəstəkləyən şirkətlər arasındadır.

CAVAB YAZIN

Zəhmət Olmasa Rəyinizi Daxil Edin!
Please enter your name here