Məlumat üçün bildirirəm ki, Sofiya Robotu- “SingularityNet”in başlıca robotudur. Robot Honq-Kongda yerləşən “Hanson Robotics” şirkətinin məhsuludur. Sofiya Robot olub insana oxşar obrazda hazırlanmışdır. Robot Sofiya “SingulartyNet”in blok zəncirinin əsas qovşağı hesab olunur və onun intellekti ümumi giriş məqsədilə şəbəkəyə qoşulmuşdur. Sofiyanın təfəkkürü, düşüncəsi SinqularityNet əsasında yeni kontentlə qidalandırılır ki, bu da robotun hər gün inkişaf etməsinə və təkmilləşməsinə kömək edir.

“SingularityNET”in əsas məqsədi süni intellekt alqoritmləri üçün intellektual “toxumanı” təqdim etmək və ilk, əsl universal ümumdünya süni təfəkkürünün yaranmasının əsasını təmin etməkdir.

Sofiya humanoidinin təfəkkürü SingularityNet blokçeyn(blockchain) platforması bazasında işlənib hazırlanmışdır. Bu süni intellekt bazası əsasında iqtisadiyyatın mərkəzləşdirilməmiş(decentralized) inkişafı üçün platformadır. SingularityNET mərkəzləşləşdirilməmiş süni intellekt xidmətləri bazarında açıq platformadır. SingularityNet sayəsində hər kəsin süni intellektə bərabər girişi təmin edilir və bununlada onun inkişafının birbaşa iştirakçısına çevrilə bilirsən. Dünyanın istənilən yerindən istənilən adam özünün süni intellekt servisini(Aİ,machine learning) şəbəkə istifadəsi məqsədilə SingularityNET platformasına yükləyə bilər.

Qeyd edim ki, dünyada ilk olan humanoid Sofiya 2017-ci ilin oktyabr ayında bu robotu yaradan komanda ilə birlikdə Rusiyanın paytaxtı Moskva şəhərinə gəlmişlər. Britaniyalı dünyaca məşhur olmuş akrisa və fotomodel Odri Hepbörnə(Audrey Hepburn) oxşar obrazda hazırlanan Sofiya robotu özü-özünü təkmilləşdirən dahi süni intellekt mexanizmi hesab edilir. Onun insana qeyri adi oxşarlığı, gözəlliyi və ekspressivliyi hətta inkişaf edən intellekti yaşından, cinsindən və mədəniyyətindən asılı olmayaraq bütün dünyanı heyran edir.

Qeyd edim ki, Sofiya Robotunun ötən il Rusiyaya səfəri Skolkovo(Сколково) innovasiya mərkəzinin və “PR Entertainment” beynəlxalq agentliyinin iştirakı ilə baş tutmuşdur. Məhz ötən il 2017-ci ildə Sofiya Robotu dünyada ilk dəfə olaraq vətəndaşlıq almışdır. Bu ölkə süni intelektli robota vətəndaşlığı verən ilk ölkə olmuşdur. Bu haqda 2017-ci ilin oktyabr ayında “Future İnvestment İnitiative-2017” qlobal layihəsi çərçivəsində ərəb ölkəsinin nümayəndələri bəyan etmişlər. Qlobal mərasimdə elan edilən zaman nəhəng dünya investorları, biznesmenlər, developerlər, Səudiyyə Ərəbistanın kral ailəsinin üzləri və hökumət üzləri işirak etmişlər.

Sofiya dünya üzrə səyahət etməklə fəal ictimai həyat sürür, amma onun indi rəsmi vətəndaşlığı var və analoji insan hüquqlarına və vətəndaş öhdəliklərinə malikdir.

Qeyd edim ki, ötən gün oktyabrın 22-də prezident İlham Əliyevin İmişli rayonuna səfəri zamanı “ASAN Həyat” kompleksinin açılışı zamanı Robot Sofiya ilə maraqlı dialogu olmuşdur.