2018-ci ilin iyul ayının əvvəllərində Çində informasiya texnologiyalarına investisiya fondunun yaradılması haqqında məlumat dərc edilmişdir. Bu Yaponiyanın telekommunikasiya nəhəngi Softbankın Vision-Fund layihəsinə Çinin oxşar cavabıdır.

Financial Times qəzeti yazır ki, China New Era Technology Fund adı altında yaradılan təşəbbüs Çinin dövlət sektorunun nəhəngi China Merchants Group ilə Londonun Centricus investisiya qrupunun və Çinin digər adı açıqlanmayan şirkətlərinin birgə istismara verdikdikləri layihədir. Fondun büdcəsi 100 milyard yuan(təxminən 15 milyard dollar, 2 iyul 2018-ci il tarixindəki kursla) təşkil edir ki, onun 40 milyard dollarını Çin tərəfi təqdim edəcəkdir.

China New Era Technology Fund əsasən Çinin İT şirkətlərinə investisiya yatırılması üçün yaradılmışdır, amma qlobal səviyyədə sövdələşmələrə də baxılacaqdır ki, bu da qərb dövlətlərinin hakimiyyətlərinin qiqqətini cəlb edə bilər. Belə ki, qərb ölkələri Çin hökumətinin texnoloji şirkətlərlə əlaqələrini açıq şəkildə söyləyirlər və bundan narahatlıqlarını zaman zaman dilə gətirirlər.

Financial Times qeyd edir ki, China New Era Technology Fund yaponların Softbank fondu ilə rəqabət yaratmaq üçün dünyadakı investorların daha çox vəsaitin yığılmasına cəhd fonunda yaradılmışdır. Qeyd edim ki, Softbankın “Vison -Fund” İT fondu 100 milyard dollar təşkil edir.