2017-ci ilin avqust ayında Cisco şirkəti müştərilərinin iri həcmli məlumatlarının
itməsi faktını rəsmi olaraq təsdiq etmişdir. Bu şirkətin öz məhsulu olan “Cisco
Meraki” bulud xidmətlərinin köklənmısi zamanı yol verilən səhvin nəticəsində baş
vermişdir. Avqustun 3-də “Meraki”-yə xidmət göstərən “Cisco”-nun texniki
personalı Meraki North American məlumatların saxlanılması sistemində düzgün
olmayan, qeyri korrekt formalaşan faylın yüklənməsi zamanı baş vermişdir. Bunun
nəticəsi olaraq məlumatların bir hissəsi avqustun 3-də Sakitokean vaxtı ilə 11:20-
yə qədər yüklənmiş məlumatların bir hissəsi sistemdən silinmişdir. Hətta məsələ o
qədər iri miqyaslı olub ki, ictimai müzakirələrə səbəb olmuşdur. Cisco-nin verdiyi
məlumata görə simsiz WiFi şəbəkələrinə qoşulma nöqtələrinin yerləşmə sxemi,
qrafiki təsvirlər və loqotiplər, ümumi köklənmənin faylları və hesabatları kimi
məlumatlar yoxa çıxmışdır. Nəticədə Cisco Meraki-nin 140 000 korporativ
müştərisinin bir neçəsinin yenidən köklənməsi tələb olunur. Cisco-nin
nümayəndələri sistemin iş qabaliyyətinin bərpası üçün hərtərəfli dəstək
göstərəcəklərinə söz vermişlər.
Qeyd etmək istərdim ki, bulud xidmətləri ilə bağlı analoji vəziyyət Amazon S3
bulud xidmətlərinin tarixini bizlərə xatırladır və o zaman proqramçının yanlış
komanda daxil etməsi nəticəsində bulud servisinin magistral serverlərinin məhv
olmasına gətirib çıxarmışdır.

CAVAB YAZIN

Zəhmət Olmasa Rəyinizi Daxil Edin!
Please enter your name here