04 sentyabr 2018-ci il tarixində Microsoft şirkətinin Data Mərkəzlərindən birini ildırım vurmuşdur. Bu insident nəticəsində avadanlığın bir hissəsi sıradan çıxmış və şirkətin servisindən istifadə edən bir neçə istifadəçisi işini dayandırmalı olmuşdur.

Bu insident Microsoftun ABŞ-ın cənub və mərkəzi hissələrində Azure infrastrukturunun fəaliyyətinə, onun işləməsinə cavabdeh olan San-Antoniada yerləşən data mərkəzində baş vermişdir. İldırımın gücü obyektin soyutma sisteminə düşmüş və bu sonda gərginliyin və temperatorun sıçrayışına gətirib çıxarmışdır.

Sistemdə baş verən dayanma, fasilələr nəticəsində bir neçə istifadəçinin Office 365, Azure Active Directory və Visual Studio Team Services kimi servisləri işini dayandırmaq məcburiyyətində qalmışdır. Bundan başqa Xbox Live və OneDrive xidmətlərindən istifadə edilməsinin mümkün olmaması haqqında şikayətlərdə daxil olmuşdur.

Qeyd edək ki, qapalı ərazidə çalışmaqla minlərlə server tərəfindən yaranan nəhəng istini nəzərə alsaq soyutma sistemi müasir data mərkəzin ən mühüm hissəsindən biri hesab edilir. Məlumatda şirkətin data mərkəzinin dayanaqlı olmaması məsələsini gündəmə gətirir və Microsoftun alternativlər axtardığını qeyd edir.