Wednesday, December 19, 2018
  • Rəqəmsal İKT texnologiyasının inkişafın ayrılmaz tərkib hissəsi olaraq geniş tətbiq olunduğu iqtisadi (və sosial) sistem.
  • Bir-biri ilə qarşılıqlı qoşulmuş, əlaqədə olan müasir cəmiyyətdə sürətli iqtisadi və sosial inkişafa gətirib çıxaracaq.
  • Bu cəmiyyətdə gəlirlərin daha yüksək olmasına və vahid paylanma sxeminin yaranmasına təbii zəmin yaradacaq.
  • “Rəqəmsal iqtisadiyyat” fəlsəfəsinin əsas mahiyyəti yalnız İKT texnologiyasının texniki aspektləri ilə məhdudlaşmır, bu həm də İKT texnologiyasından iqtisadi və sosial inkişafda aparıcı qüvvə, habelə onun ayrılmaz tərkib hissəsi olmasıdır.
  • Bir çox insanlar (xüsusilə də texniki mütəxəssislər) bu konsepsiyanı hələ də yanlış anlayırlar.

– “Rəqəmsal iqtisadiyyat” ifadəsi (və ya sözü) 1995-ci ildə Don Tapskott tərəfindən onun özünün yazdığı və beynəlxalq miqyasda bestseller-ə çevrilmiş “Rəqəmsal iqtisadiyyat: Şəbəkələşmiş intellekt əsrində bizi gözləyən vədlər və uğursuzluqlar” adlı biznesə aid kitabında işlənilmişdir.O vaxtdan bəri bu termin geniş istifadə edilməyə başlanılmışdır.

Biz Azərbaycand nəyə görə rəqəmsal iqtisadiyyat fəlsəfəsini qəbul etməliyik

– Bizim iqtisadiyyatımızın inkişaf etdirilməsi üçün vacib olan bütün zəruri vasitələr və informasiya rəqəmsal formadadır (və ya rəqəmsal formada olmalıdır); bura aşağıdakılar daxildir:

  1. Telekommunikasiya:
  •   Həm səsli, həm də data zəngləri.

2. Ticarət və kommersiya:

  • Iqtisadi və ticarət məlumatları və faktiki kommersiya fəaliyyəti, məsələn: onlayn mağazalar.

3. İnformasiya:

  •  Bankçılıq, təhsil, əyləncə, xəbərlər, səhiyyə ilə bağlı məsələlər, və s. sahələr üçün.

4. Quraşdırılmış sistemlər həm avadanlıqlarda, həm də maşınlarda eyni istifadə oluna bilir (hər il istehsal olunan mikroprosessor hissələrinin 94 %-ni təşkil edir), məsələn, sənaye istehsalat robotları, avtomaşınlar, təyyarələr, və s.

5.Yayım:

  •  Həm fotoşəkil, həm də səs.

6. Rəqəmsal kontentlər:

  •  Həm insanlar, həm də animasiya formasında filmlər.
  •  Musiqi: səs-yazımı- və paylama media vasitələri.

7. Online Rəqəmsal kitabxanalar:

  •  Kitablar, tədqiqat jurnalları, arxiv xarakterli texniki və digər jurnallar.

8. Dini sənədlər və aidiyyəti materiallar.

9. Qısası, virtual olaraq bizim cəmiyyətin hər bir iqtisadi və sosial aspekti rəqəmsal formadadır.

10. “rəqəmsal iqtisadiyyat” termininin qəbul edilməsi bizim hazırkı qarşılıqlı və geniş formada bir-biri ilə əlaqəli olan cəmiyyətimizdə iqtisadiyyatımızın inkişaf etdirilməsi zamanı mümkün faydaların bizim dərk etməyimizə imkan yaradacaq.

İnfrastrukturun inkişafı:

  1. Avadanlıq (fiziki) infrastruktur:

Milli simli (fiber optik) genişzolaqlı şəbəkə,

  • 1 il ərzində hər bir kəndə fiber çəkilməsi (10 Gbit enində),
  • 3 il ərzində evlərə Gbit genişliyində çəkilməsi,
  • 1 il ərzində bir çox evlərə mis məftilli 100 Mbit enində həcmində müvəqqəti genişləndirmə.
  • Milli simsiz genişzolaqlı çəbəkə,
  • 3G və 4G şəbəkələrinin dərhal və daha geniş əhatə zonasının yaradılması.
  •  Daha geniş WiFi əhatə dairəsi.
  •  Çox ucqar kəndlərə mikrodalğalı trank xətləri plyus 3G və 4G məntəqələri.
  •  Peyk gateway-ləri də daxil olmaqla daha çox geniş-zolaqlı gateway-lər.
  • Həm hökumət, həm də özəl sektorlar üçün daha geniş və davamlı data mərkəzlərin inkişaf etdirilməsi və bulud kompyuter avadanlıqlarının quraşdırılması.

Bütün bunlara necə nail olmaq olar?

İnfrastruktura investisiya qoyulması haqqında təklif:

  •  Infrastrukturun inkişafı fondu (həm özəl həm də dövlət sektorunun iştirakı ilə).
  •  Səmərəli və qeyri-bürokratik idarəetmə metodundan istifadə etmək.
  • Çoxtərəflilik prinsipi.

Özəl sektor tərəfindən simsiz infrastruktur sahəsinə investisiya qoyuluşu təşfiq edilməlidir.

Mövcud İKT infrastrukturları investisiya fondlarında kapital formasında birləşdirilməlidir ki, təşkilatlarının investisiya gəlirləri (ROİ) reallaşaraq onların rəqabət qabiliyyətlərinin artırılmasına xidmət etmiş olsun.

Proqram təminatı infrastrukturunun inkişaf etdirilməsi və həyata keçirilməsi:

  • Standartlar, əsasən elektron ödənişlər və elektron əməliyyatlar üçün.
  • Qanunlar, əsasən məlumat məxfiliyinin qorunması və kiber-təhlükəsizlik ilə bağlı sahələr.
  • Rəqəmsal hökumət və kağızsız dövlət xidmətlərinin ciddi şəkildə həyata keçirilməsi üçün qayda və tənzimləyici prosedurlar.
  •  Elektron kommersiya fəaliyyətlərinin sürətləndirilməsi və təşfiq etdirilməsi.
  • Orta və kiçik sahibkarlığın və mikro-kiçik sahibkarlığın inkişaf etdirilməsi məqsədilə elektron kommersiya üçün aşağı qiymətli minimum texnologiyaların təmin olunması:
    • Yeni sahibkarların gəlir əldə etmələrinə imkan yaradılması.
  • İKT üzrə Insan Resurslarının inkişaf etdirilməsinin təşfiq etdirilməsi:
    • Proqram təminatının inkişaf etdirilməsi
    • Quraşdırılmış sistemlərin inkişaf etdirilməsi və proqramlaşdırılması.
  • Yerli istifadəçilər tərəfindən istifadə edilmək üçün zəruri rəqəmsal kontentə malik olan data bankının yaradılması.
  • Həm hökumət, həm də özəl sektorlar üçün daha geniş və davamlı data mərkəzlərin inkişaf etdirilməsi və bulud kompyuter avadanlıqlarının quraşdırılması.
  • Müxtəlif növ əlilliyi olan şəxslərin həyat şəraitiniin, onun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə rəqəmsal İKT texnologiyası istifadə oluna bilər, məsələn, görmə imkanı məhdud şəxslər üçün naviqasiya imkanları, və s.
  • Azərbaycanda ağıllı- smart şəhər və kəndlərin yaradılması, məsələn:
    • Şəhər sakinlərinin təhlükəsizliyini yaxşılaşdırmaq üçün müxtəlif sensorlar quraşdırıla bilər, məsələn, gecə yalnız yaxınlqda insan olduqda yanan küçə lampalarının quraşdırılması.
    • Mövcud avtomobil trafikinin həcmini nəzər ala bilən smart svetoforların quraşdırılması.
  • Uzunmüddətli tədris proqramları asanlıqla və daha real olaraq tətbiq edilə bilər.
  • əhaliyə, xüsusilə də ucqar ərazilərdə yaşayanlar üçün yüksək keyfiyyətli tibbi xidmətlərin təşkil edilməsi (telesəhiyyə).

Azərbaycanın çox əlverişli coğrafi məkanda yerləşməklə Transxəzər ölkələri üçün telekommunikasiya mərkəzi roluna malikdir. Bununla belə, bu imkanın reallaşdırılması üçün bizim öz “gateway” imkanlarımızı, habelə Azərbaycanının bir mərkəz kimi istifadə olunması potensialını genişləndirməyimizə ehtiyac vardır. Bu məqsədlə də biz həm imkan, həm də coğrafi məkan nöqteyi-nəzərindən öz “gateway”-lərimizi mümkün qədər tez bir zamanda genişləndirilməsi üzərində işləməliyik. Belə olarsa, təbi fəlakətlər və ya geo-siyasi konfliktlər zamanı Azərbaycanın internetinin kəsilmə riskini azaltmış olarıq.

Rəqəmsal iqtisadiyyatın həyata keçirilməsində hər bir hökumət sektorunun iştirakına nail olmaq üçün mümkün qədər qısa müddətdə geniş səlahiyyətlərə malik “Milli rəqəmsal iqtisadiyyat şurası” təsis edilməlidir və onun sədri təyin edilməlidir. Mütəxəssislər bu şuranın tərkibində olmalıdırlar. Bir çox texniki ekspertlər də şuranın tərkibində olmalıdırlar. Şuranın qəbul etdiyi hər bir qətnamə bütün aidiyyəti nazirliklər üçün icbari xarakter daşımalıdır və onlar dərhal həyata keçirilməlidir.

Rəqəmsal İqtisadiyyata dair yeni qurum yaradılması məüqsədəuyğundur :

Aşağıda sadalanan geniş struktura malik Milli Rəqəmsal İqtisadiyyat və Cəmiyyət Şurasının yaradılmasını təklif edərdik:

Milli Rəqəmsal İqtisadiyyat və Cəmiyyət Şurasının strukturu

  • Sədr
  • Sədr müavini
  • Üzvlər
    • Aidiyyəti nazirliklər və Daimi Katibliklər
    • Bir neçə müvafiq ekspertlər
    • Katiblik: Rəqəmsal İqtisadiyyat və Cəmiyyət Komitəsi.
  • Funksiyalar: milli rəqəmsal iqtisadi siyasətin formalaşdırılması
  • Vacib məqam: Şuranın qəbul edəcəyi istənilən qərar aidiyyəti nazirliklər tərəfindən mümkün qədər tez həyata keçirilməlidir. Bu cür qətnamələrin nəzərə alınmamasına görə cərimələr tətbiq olunur.

Alt-komitələr:

  • Avadanlıq/Fiziki infrastruktur: milli genişzolaqlı şəbəkə, data mərkəzləri, beynəlxalq stansiyalar, peyk sistemləri.
  • Proqram təminatı infrastrukturu: qanunlar, kiber təhlükəsizlik, elektron əməliyyatlar, standartlar.
  • Xidmət infrastrukturu: online hökumət xidmətləri, data xidmətləri, xidmət platformaları, elektron-logistika.
  • Rəqəmsal iqtisadiyyatın təşfiq edilməsi: rəqəmsal kommersiya, rəqəmsal innovasiyalar, rəqəmsal sahibkarlığın təşfiq edilməsi, rəqəmsal kontentin dəstəklənməsi və təşfiq edilməsi.
  • Rəqəmsal cəmiyyət: uzun-müddətli öyrənmə, rəqəmsal kitabxana və arxivlər, rəqəmsal şəhər, informasiya və media savadlılığı, rəqəmsal səhiyyə və tele-tibb.

Əlavə olaraq, Katibliyə Bilik Mərkəzi və Layihə İdarəetmə Mərkəzi da daxil ediləcək.

Hər bir alt-komitəyə aidiyyəti nazirlər və daimi katibliklər tərəfindən sədrlik ediləcək.

Alt-komitə birbaşa şuraya tabe olacaq.

Biz ümid edirik ki, rəqəmsal iqtisadiyyat fəlsəfəsinin müvafiq formada həyata keçirilməsi ilə Azərbaycanının iqtisadiyyatı sürətlə inkişaf edə bilər.Bununla belə, biz əminik ki, bu olmadığı təqdirdə bizim iqtisadiyyatımız heç vaxt inkişaf edə bilməz.

Facebook Auto Publish Powered By : XYZScripts.com