Gözlənilidyi kimi HTC şirkəti bu gün özünün yeni bayraqdar HTC U12+ smartfonunu təqdim etmişdir. O hal- hazırda iPhone X smartfonunun ekranı üslubunda dəbdə olan çərçivəsiz dizaynda hazırlanmışdır. Bununla o smartfona ekranın sıxılması ilə idarəetmə sayəsində sonda ona iki ədəd ikiqat kameranı yerləşdirməyə imkan verir.

HTC U12+ ölçüləri Quad HD+(1440×2880 piksel) 6 düyməli(1 düymə=2,54 sm) Super LCD displeyi ilə təchiz edilmişdir. Smartfonun tərəflərinin nisbəti 18:9, HTC U11 EYEs smarfonunda olduğu kimi ikiqat 8 meqapikselli(Mp) selfi-kamera, UltraPixel4 16Mp(telefoto) və 12Mp(genişbucaqlı) modullu ikiqat əsas kamera ilə təchiz edilmişdir. Smartfonun DxOMark kamerasının sınağı zamanı “Huawei”in P20 smartfonunun 102 ballıq göstəricisini geridə qoyaraq yüksək bala, 103 balı əldə etmişdir. 

Smartfonun aparat təşkiledicisini ünlü prosessor olan Qualcomm Snapdragon 845 prosessoru olmaqla 6GB operativ və ona geydirilimş 128GB həcmində olan fləş yaddaş təşkil edir. Bundan başqa micro SD kart həcminin 2TB-a qədər genişləndirilməsi imkanı vardır. Akumulyator 3500mA/saat tutumu əldə etməklə Quick Charge 3.0 tez yeklənmə imkanlarına malikdir.

Smartfonun bundan başqa sahibinin simasına, üzünə görə blokdan çıxarma funksiyası, süni intellekt-AR stiker, sudan və həmçinin İP68 səviyyəsində tozdan qoruma funksiyaları vardır. Smartfon Android 8.0 Oreo əməliyyat sistemində çalışır və Sense 10 üz qatına malikdir.

Onun ölçüləri 156,6×73,9×8,7-9,7mm təşkil edir, çəkisi 188 qramdır. İki Sim kartla təchiz edilmişdir. Bundan başqa 4G VoLTE, Wi-Fi( 802.11 ac), Bluetooth 5, GPS+GLONASS, NFC, USB Type-C portu ilə təchiz edilmişdir.

Yeni nəsil Edge Sense texnologiyası sayəsində istifadəçinin smartfonu hansı əlində tutmasını tanımaq imkanı olan funksiyası vardır. Smartfon Google Assistant və Alexa kimi səsli köməkçiləri dəstəkləyir.

HTC U12+ smartfonunun korpusunun qırmızı, qara və yarımşəffaf mavi variantda olan dizaynları təqdim edilmişdir. İlkin sifariş üçün ABŞ-da 64GB tutumlu smartfonun qiyməti 799 dollar, 128GB tutumlu smartfonunun qiyməti isə 849 dollar təşkil edir. Gələn aydan smartfonun satışına başlanılacaqdır.