Rahid Ələkbərli Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bu barədə “DigitalAzerbaijan” Nazirliyə istinadən xəbər verir.

Qeyd edək ki, cənab Rahid Ələkbərli daha öncə “Delta Telecom” şirkətində texniki direktor vəzifəsində çalışmışdır. Yeni vəzifəyə təyin olunanadək və hal-hazırda o, ADA universitetində informasiya üzrə baş mütəxəssis vəzifəsini daşıyır. O Respublikamızın İKT icması arasında kifayət qədər tanınmış, nüfuzlu mütəxəssislərindən biri hesab edilir.

Yeni təyinat münasibətilə ona uğurlar arzulayırıq.