2018-ci ilin may ayında konteyner daşımaları bazarının nəhəng oyunçularından biri sayılan Moller-Maersk, yüklərin və gəmilərin dənizdə sığortalanması üçün bazarda ilk dəfə olaraq blokçeyn platformasını tətbiq etdiyi anonsunu vermişdir.

Söhbət Ernst & Young və Guardtime şirkətlərinin birgə səyləri ilə yaradılan İnsurwave adlı həlldən gedir. Platformanın əsasında Microsoft Azure bulud infrastrukturu durur, daha dəqiq desək onun blokçeyn və paylanmış reyestrlə bağlı texnologiyası.

Maerskin risklər və sığortalanma şöbəsinin rəhbəri Lars Henneberg bildirmişdir ki, Microsoft Azure platformasına keçid şirkətə əl ilə görülən prosesləri avtomatlaşdırmağa kömək edəcək, dənizdə sığortalanma sahəsində ümumi səmərəliliyin səviyyəsini artıracaq və bu sonda istismar, əməliyyat xərclərini azaldacaqdır.

İnsurwave paylanmış reyestrlərin köməkliyi ilə müştəriləri, brokerləri, sığortaçıları və üçüncü şəxsləri birləşdirir ki, hansı ki, onun da sayəsində sığorta müqaviləsinə identifikasiya məlumatları(data), risklər haqqında informasiya və s. inteqrasiya olunur, başqa sözlə müqaviləyə bu maddələr əlavə olunur.

Platforma müqavilənin bütün tərəflərinə yüklərin bütün dünya üzrə olduğu yeri və onun durumunu, vəziyyətini izləməyə və həmçinin sığortanın dəqiq və ədalətli qiymətini formalaşdırmağa imkan verəcəkdir.

Maersk yeni blokçeyn platformasının tətbiqindən sonra 1 il ərzində minə yaxın dəniz gəmisini sığortalamağa hazırlaşır və bununlada İnsurwave vasitəsilə aparılacaq rəqəmsal tranzaksiyaların ümumi sayı 500 mini keçəcəkdir.

Gələcəkdə ona aviadaşımalar və energetika sahəsində sığortalanma imkanlarını əlavə etməklə bu həllin funksionallığının genişləndirilməsi planlaşdırılır.

Maersklə yanaşı İnsurwave platformasından Willis Towers Watson, XL Catlin və MS Amlin şirkətləri istifadə etməyə başlamışdır.

Bu Maersk şirkətinin ilk blokçeyn layihəsı deyildir. Hələ bu ilin, 2018-ci ilin əvvəlində dünya loqistika nəhəngi “İBM”lə də razılaşma bağladığını elan edərək onun çərçivəsində dünya loqistika sənayesi üçün ticarət blokçeyn sisteminin işlənib hazırlanması üzrə yeni şirkət yaradacaqdır.