eCall konsepsiyası Avropa Komissiyasının 1999-cu ildə Galileo layihəsinin istismara verildiyi zaman Avropanın dövlət qulluqçusu Luc Tytgat tərəfindən təqdim edilmişdir. Bundan bir il sonra Komissiya tərəfindən dəvət edilmiş 170 ekspert Brüsseldə görüşərək Avropanın Amerikanın GPS naviqasiya sistemindən asılılığını təhlil etmişlər.

eCall insanların həyatını qoruyub saxlamağa hesablanmış, işlənib hazırlanmış texnoloji həlldir. Onun qanuniləşdirilməsi rəqəmsal texnologiyaların real faydasını insanlara çatdırılmasına hesablanmış bir həlldir. Avropa Parlamenti 2015-ci ildə eCall sisteminin tənzimlənməsi ilə bağlı keçirilən səsvermədə parlamentarilərin səsini toplamağa nail olmuş və qəbul edilmiş bu tənzimlənmə sənədinin tələblərinə uyğun olaraq 2018-ci ilin Aprel ayında Avropa İttifaqında istehsal olunan bütün yeni avtomobillərin eCall texnologiyası ilə təchiz edilməsini icbari, məcburi qaydada quraşdırılmasını təlb edir. Avtomobil ciddi qəsa törətdiyi təqdirdə eCall Avropanın vahid fəlakət, fövqəladə nömrəsi olan 112-yə qoşulur.

2015-ci ildə “eCall”la bağlı qanun qəbul edildikdən sonra ötən 3 ildə Sloveniya, İtaliya, İsveç bu sistemə keçmiş və ötən gün isə Belçika parlamenti də bu sistemə keçidlə bağlı qərar vermişdir. Artıq bununla bağlı bu ölkələrdə nömrəyığma planları da dekret formasında təsdiq olunmuşdur.

eCall sisteminin implementasiyasına və qanunun işlənib hazırlanmasına Avropa İttifaqının rəqəmsal cəmiyyət və iqtisadiyyat üzrə komissarı Günter Ottinger rəhbərlik etmişdir. Artıq 2 ay bundan öncə Avropa İttifaqında istehsal olunan yeni avtomobillərdə eCall avadanlığı quraşdırıldığından Azərbaycana idxal olunan yeni avtomobillərdəki bu sistemdən yeni avtomobil sahibləri istifadə edə bilərmi? Hesab edirəm ki, Avropa istehsallı yeni avtomobillərin Azərbaycanda istifadəsi məqəsədilə eCall sisteminə harmonizasiya olunması məsələsi gündəmə gəlir.