30 may 2018-ci il tarixində elektrik skuterlərin(scooter, samokat) icarəsi xidməti Bird şirkətinin(Bird app.) gəliri bu bazarda ilk dəfə olaraq 1 milyard dolları aşmışdır. Şirkət biznesin inkişafı üçün aktiv şəkildə investisiya cəlb edir.

Blumberq(Bloomberg) informasiya agentliyinin verdiyi məlumata görə Sequoia Capital investisiya fondunun rəhbərliyi ilə keçirilən maliyyələşmə raundu çərçivəsində Bird şirkətinə 150 milyon dollar vəsait yatırılmışdır. Yeri gəmişkən bu son investisiya hesab edilmir. Bu sövdələşməyə qədər şirkət 300 milyon dollara qiymətləndirilmişdir.

Bird şirkətinin bu bazarda əsas rəqiblərindən biri Lime şirkətidir. Bu servis 2018-ci ilin may ayına qədər 132 milyon dollar investisiya cəlb edə bilmişdir. Lime daha bir maliyyə sövdələşməsini bağlamağa yaxındır. “Lime”ın bazar dəyərinin 1 milyard dolları aşacağı gözlənilir.

Nəşr qeyd edir ki, elektrik skuterləri bazarında investorların aktivliyinin əsas səbəbi şəhər rəhbərliklərinin sakinlərin çoxsaylı şikayəti fonunda bu bazarın tənzimlənməsi məsələsinə baxması durur. Əsas narazılıq elektrik skuteri istifadəçilərinin yol kənarıda(trotuarlarda) sürətlə getməsidir ki, bu zaman onların bu hərəkətinə görə nəqliyyat vasitələrinin sahibləri əlverişsiz yerdə məcburən dayanmalı olurlar.