Artıq dünyanın bir çox ölkələrinin hökumətləri elektron hökumət infrastrukturunun elementlərini real iqtisadiyyatda uğurla tətbiq edirlər. Buna misal olaraq bir çox ölkələrin nəqliyyat vasitələrinin elektron qeydiyyat şəhadətnaməsinə keçmələrini misal göstərmək olar. Elektron qeydiyyat şəhadətnaməsinə keçməklə kağız daşıyıcıların yəni sürücülərin istifadə etdiyi kağız daşıyıcıların istifadəsini yavaş- yavaş dövriyyədən çıxardılması prosesinə başlanılmışdır.

Artıq rəqəmsal texnologiyalar dövlət idarəetmə sisteminin müxtəlif sferalarında tətbiq edilməyə başlamışdır. Elektron qeydiyyat şahadətnaməsinə keçid bütövlükdə irimiqyaslı İT layihəsi olub nəqliyyat vasitələrinin qeydiyyatı və uçotu sistemini yenidən formatlayır və onu bütövlükdə rəqəmsal edir.  Faktiki olaraq nəqliyyat vasitələri haqqında bütün bilgilər və onların tarixçələrinə onlayn olaraq daxil olmaq mümkündür. Sistem maşın sahibləri, qeydiyyatını aparan orqan, və digər xidmətlər üçün daha operativ və əlverişli olur.  Bu zaman vətəndaşın fərdi məlumatlarının qorunması haqqında milliqaninvericiliyin tələblərinə tam olaraq cavab verməlidir.

Ümumiyyətlə nəqliyyat vasitələrinin elektron qeydiyyat şəhadətnaməsinin istifadəsinə keçiddən sonra bu ölkələrdə nəqliyyat vasitələrinin şəhadətnaməsi blankarının alınmasına, onların nəqli və saxlanılmasına, korlanmış blankların silinməsinə(utilizasiyasına), məişət texnikasının alınmasına və saxlanılmasına il ərzində xeyli miqdarda madi vəsait tələb olunur. Kağız formadan elektron formaya keçid nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi və ona olan düzəlişlər il ərzində əmək sərfiyyatına qənaət etməyə imkan verir.

Nəqliyyat vasitələrinin elektron qeydiyyat şəhadətnaməsinə keçid ənənəvi sənəd dövriyyəsi məntiqini dəyişməyəcək. Azərbaycandada bununla bağlı işlərin həyata keçirilməsi nəqliyyat vasitətələri sahiblərini sevindirər və rəqəmsal transformasiyaya keçiddə növbəti bir uğur olardı.

CAVAB YAZIN

Zəhmət Olmasa Rəyinizi Daxil Edin!
Please enter your name here