Dünyanın ən böyük data mərkəz operatorlarından biri olan Equinix baş qərargahı Dublində yerləşən İrlandiya və Fransanın birgə müəssisəsi “İFSC”lə Fransa və İngiltərə arasında supersürətli internet xəttinin çəkilməsi üzərində iş aparırlar. Bu haqda İngiltərınin “Telegraph” nəşri məlumat vermişdir.

Yeni 300 mil(480km) məsafəlik bağlantı “Equinix”in Parisdəki data mərkəzi ilə İngiltərənin Slaf(Slough) şəhərində yerləşən data mərkəzini bağlayacaq və Breksitdən(Brexit) sonra Paris və London arasında yüksək sürətli ticarət maliyyələşdirilməsinə dəstək verəcəkdir. Bu bağlantı vaxtını 14% azaltmağa imkan verəcək və 2020-ci ilin birinci yarısında onun istismara verilməsi planlaşdırılır. Bu işin həyata keçirilməsi son 20-25 ildə gözlənilirdi. “Equinix”in EMEA regionu üzrə prezidenti Erik Şvarç(Eric Schwartz) yeni kabelin imkanlarından istifadə etməklə London və Paris arasında maliyyə müştərilərinin artacağının gözləndiyini bildirmişdir.

Qeyd edim ki, Azərbaycanın beynəlxalq danışıq kanalları məhz “Equinix”in Frankfurda(Almaniya) yerləşən Data Mərkəzi hesabına genişlənmişdir və bu bağlantını məhz mən 2000-ci illərin əvvəlində Frankfurtda həyata keçirmişəm. Bu bir tarixi uğur idi və buna imza atmaqla Respublikamız bu gündə bundan faydalanır. O zaman “Equinix”in Frankfurtdakı data mərkəzi Ancotel adlanırdı.