2018-ci ilin sentyabrın əvvəlində Ericsson şirkəti smartfondan ilk 5G zəngini həyata keçirməsi haqqında məlumat vermişdir.

Zəng Ericsson qurğusundan istifadə etməklə avtonom olmayan rejimdə(Non-Standalone) 5G New Radio(5G-NR) standartından istifadə etməklə 39 QHs tezliyində yerinə yetirilmişdir. Eyni zamanda zəngin baş tutması məqsədilə Snapdragon X50 5G və Qualcomm radiotezlik alt sistemindən istifadə edilmişdir. Sınaq “Ericsson”un Kista şəhərində yerləşən sınaq laboratoriyasında keçirilmişdir.

Qeyd edim ki, sınaq anına qədər kommersiya bazarında beşinci nəsli dəstəkləyən heç bir smartfon yaradılmamışdır.

Ericsson şirkətinin icraçı vitse prezidenti Fredrik Jedlinq bildirmişdir ki, operatorlara geniş imkanlara açacaq yeni millimetrlik diapazonda uzlaşma testini tamamlamışdır. Bu sınaqlarda həmçinin son istifadəçiyə daha yüksək sürətli data məlumatlarının ötürülməsinə nail olunmuşdur.

Analitiklərin proqnozlarına görə 5G smartfonlarının kütləvi yayılması 2021-ci ildən tez gözlənilmir. Yeni mobil  rabitə standartına uzlaşan ilk aparatlar 2019-cu ildən tez bazarlarda olmayacaqdır.