Sabah qarşıdan gələn 14 iyun tarixində Rusiyada start götürəcək FİFA dünya çempionatı üçün Eutelsat peyk operatoru hal-hazırda bir neçə televiziya kanallarından və servis provayderlərdən əlavə HD proqramları üçün 5500 saata ekvivalent olan peyk tutumunu sifariş etmişdir.

Şirkət özünəməxsus beş peykindən(Eutelsat 7A, 10A, 16A, 33E və 36B) Rusiyada bir aydan bir az çox davam edəcək beynəlxalq tədbir çərçivəsində Avropa, Rusiya və Amerikada daxil olmaqla kontentin çatdırılması üçün Rusiyanın 11 şəhərindən yayım üçün uplink siqnalları təşkil edəcəkdir.