02 iyun tarixinə olan məlumata görə Rusiyanın Roskomnadzor qürumunun radiotezliklər xidməti futbol üzrə dünya çempionatının(FİFA 2018) stadionlarında və yarışmanı yayacaq Beynəlxalq Yayım Mərkəzində 13452 Radio Elektron Vasitələrindən(REV)  istifadəyə icazə vermişdir. Onların hamısı test, sınaq prosedurundan keçdikdən sonra üzərilərinə xüsusi marka yapışdırılmışdır.

Müəyyən olunmuş qaydalara uyğun olaraq çempionatın keçirildiyi yerlərdə istifadə edilən “REV”lər(mobil rabitə baza stansiyaları, radio-televiziya vericiləri, texnoloji rabitə şəbəkələrinin “REV”ləri) çempionat başlayana qədər radiotezlik və ya radiotezlik kanallarından istifadə ilə bağlı icazəni almalı, sonra isə test- sınaq prosedurlarını və markalanmanı keçməlidirlər. Mövcud qaydalar mobil rabitə abonent qurğuları və GPS/GLONASS peyk naviqasiya sisteminin istifadəçi qəbul qurğularına və bir sıra digər REV növlərinə şamil edilmir.

Sınaq proseduru və markalanmanın gedişində “REV”lərin icazə sənədlərində göstərilən parametrlərə uyğunluğunun qiymətləndirilməsi aparılacaqdır. Əgər parametrlər icazədəkilərə uyğundursa o zaman “REV”in üzərinə QR kodlu xüsusi marka yapışdırılır. Əks halda radiotezlik xidməti texniki imkanların mövcudluğu çərçivəsində REV sahibinin yazılı müraciəti əsasında onları yenidən proqramlaşdıra(yenidən kökləyə) bilər.