Ötən gün Alman avtomobil istehsalçısı BMW özünün nəqliyyat vasitələri üçün səsli köməkçisini təqdim etmişdir.

Sürücülərə digər virtual köməkçilərlərdən fərqli olaraq “BMW”nin bu həlli iqlim, klimat kontrolu və naviqasiyanı idarə etməyə, musiqinin səsləndirilməsini, informasiya əyləncə sisteminə qoşulmaqla telefondan zəng etməyi başa çatdırmağa və həmçinin elektron komponentlərin işini kökləməyə imkan verir.

Bundan başqa süni intellekti istifadə edən servis günün zamanından və hava şəraitindən asılı olaraq marşrutu proqnozlaşdıracaq, yaxınlıqdakı kafe, YDM və s. tapacaq, müxtəlif internet servislərin musiqisini dinləməyə imkan verəcəkdir. Bundan başqa səsli koməkçi yanacağa qənaətlə bağlı tövsiyyələr verəcək, təkərlərdə təzyiqin aşağı olması xəbərdarlığını edəcək və gün ərzində planlaşdırılan görüşləri xatırladacaqdır. Xidmətin işə düşməsi “Hey BMW” səs komandası verməklə həyata keçiriləcək. Məsələn: Hey, BMW, I’m cold(mənə soyuqdur) dedikdə sistem isti rejimə keçəcək, “Hey, BMW, I feel tired(özümü yorğun hiss edirəm)” dedikdə sürücünün ayıq qalması üçün işıqlanma sistemi və musiqi qoşulacaq və onun yuxuya getməməsi üçün temperaturu tənzimləyəcəkdir.

BMW Intelligent Personal Assistant Microsoftun Azure buludunda istismara verilmiş və Office 365 və “Skype for Business”də daxil olmaqla “Microsoft”un digər servisləri ilə sıx inteqrasiya edilmişdir. Onun Cortana səsli köməkçisi ilə inteqrasiya olunacağı gözlənilir. Qeyd edim ki, BMW maşınları bundan əlavə Amazon Alexa kimi servisləri dəstəkləyir.

Bavariya avtokonsernində izah edirlər ki, birinə oxşayan bu sistemlər bir birinə mane olmayacaqdır, belə ki, onların hər birinin öz təyinatı, fəaliyyət sferası vardır. Məsələn Alexa internet alış-verişi üçün, Cortana iş üçün, BMW servisi isə avtomobilin idarə edilməsi üçün istifadə edilə bilər.

BMW maşınları 2019-cu ilin martından İntelligent Personal Assistant köməkçisi ilə təchiz olunacaqdır, amma yeni BMW 3 modelinin alıcıları artıq 2018-ci ilin noyabrından servisdən yaralana bilərlər.

BMW Intelligent Personal Assistant 23 dildə dəstək verəcəkdir.