Rusiyanın baş naziri Dmitri Medvedev özünün 10 müavini arasında səlahiyyətləri bölüşdürmüşdür.

Baş nazirin müavini Maksim Akimov iqtisadiyyatın rəqəmsallaşdırılması ilə bağlı milli proqramı, dövlət idarəetməsinin rəqəmsallaşdırılması, dövlət xidmətlərinin göstərilməsi xidməti və həmçinin təhlükəsiz və keyfiyyətli avtomobil yollarının yaradılması ilə bağlı milli layihəni idarə edəcəkdir. Bundan başqa onun məsuliyyət sferasına nəqliyyat, rabitə, novasiya, intellektual mülkiyyət məsələləri də daxil edilmişdir.

Ümumiyyətə təyin olunan baş nazirin müavinlərinin hər birinə praktiki olaraq müəyyən milli layihələrin həyata keçirilməsi tapşırılmışdır.