Hollandiya parlamentinin yuxarı palatası “datanın qorunması“nın tənzimlənməsinin həyata keçirilməsi aktını(implementation act) təsdiq etmişdir. Bu qanun layihəsi milli supervayzer, rəhbər orqan kimi Hollandiyanın datanın mühafizə olunması qürumunun təşkili, Avropa tənzimləyicisinin yerinə yetirilməsini tənzimləyir.

Həyata keçirilmə aktı  25 may tarixində Avropada datanın qorunması, mühafizəsi haqqında yeni qanun qüvvəyə mindiyi tarixdən etibarən Hollandiyada da qüvvəyə minəcəkdir. Bu tarixdən etibarən isə hal-hazırda Hollandiyada qüvvədə olan datanın qorunması haqqında qanun aktı(wbp) qüvvədən düşmüş hesab ediləcəkdir.

Bu Avropa qanununun məqsədi fərdi məlumatların qorunması haqqında qaydaların harmonizasiya olunması və Avropa İttifaqı daxilində datanın sərbəst hərəkətini təşviq etməkdir. Bu qanunun tələblərini pozanlar əvvəlki qanundan fərqli olaraq daha sərt şəkildə cərimələnəcəkdir.