2018-ci ilin noyabr ayında İntel şirkəti ikinci nəsil Neural Compute Stick qurğularının satışına başlamışdır. Qurğu tətbiq mərhələsində olan neyron şəbəkələrinin sürətlənməsi üçün nəzərdə tutulmuşdur.

İdeya ondan ibarətdir ki, Neural Compute Stick məhsulunu hesablama resursunun kifayət etmədiyi yerdə və məkanda neyroşəbəkəni işə salmaq üçün sənaye robotuna, drona, tibb texnikasına, “ağıllı ev” sisteminə qoşmaq mümkündür.

Bu qadjet USB(flash) formasında hazırlanmış və USB 3.0 Type -A çıxıntısı vasitəsilə kompüter sisteminə qoşulur. Bunun üçün heç bir əlavə avadanlıq tələb olunmur. Bundan əlavə hər hansı bir bulud xidmətinə qoşulmağa ehtiyac yoxdur.

“Neural Compute Stick”in əsasında, bünövrəsində SHAVE ixtisaslaşmış nüvə olan VPU Movidius Myriad X çipi(chip) durur. Bu hesablama blokuna neyron sürətləndirici taxılmışdır. “İntel”də bəyan etmişlər ki, innovativ yeni məhsul Neural Compute Stick özünün birinci nəslini 8 dəfə üstələyir. USB-nin(flash) 1Vt gücündə enerji sərfiyyatı zamanı hesablama gücü 100 Gflops təşkil edir. Məmulatın daha ətraflı texniki xarakteristikası açıqlanmır.

Neural Compute Stick USB-ni nəinki peşəkar developerlər, həmçinin sıravi istifadəçilərdə əldə edə bilərlər. Məhsulun qiyməti 100 ABŞ dollarıdır.

Bazara çıxmadan öncə süni intellekt texnologiyasını inkişaf etdirən bir neçə şirkət tərəfindən məhsul sınaqdan keçirilmişdir.