ABŞ-ın milli təhlükəsizlik həlləri provayderi Kratos Defence and  Security Solutions şirkəti ilə Kacific Broadband Satellites operatoru Ka tezlik zolaqlı HTS(High Throughput Satellite) şəbəkəsi üçün yerüstü stansiyanın layihələndirilməsi və tikintisi ilə bağlı 11 milyon dollarlıq müqavilə bağlayamışdır. Kacific-1 peykinin 2019-cu ildə orbitə qaldırılması planlaşdırılır və xidmət zonasına sakit okean Rimi, Cənub Şərqi Asiya hövzəsi daxildir.

Kratos Kacific-1 üçün Ka tezlik zolağında daha müasir çoxsahəli qapı həllini layihələndirmək və tikməklə infrastrukturun əlçatan olmasını yaxşılaşdıracaqdır. Şirkətin layihələndirilməsi mürəkkəbliyi və riskləri azaltmaqla “Kacific”sin investisiyasını optimallaşdıracaq və qoruyacaqdır.

Yeni nəsil HTS-lər peyk operatorları üçün servis, xidmət imkanlarını və yeni gəlirləri artırmağa imkan verir amma yerüstü infrastrukturda mühüm dəyişikliklərin edilməsini tələb edir. Belə ki, ənənəvi peyk əməliyyatları üçün yürüstü infrastruktur digər tezik zolaqları(C və Ku) üçün layihələndirilmiş və yeni texnologiyaların tətbiqi ilə bağlı optimallaşdırılmasına ehtiyac vardır.

“Kacific”lə imzalanmış müqavilə çərçivəsində avadanlıqların siyahısına Kratosun yüksək xarakteristikalı antennası və radio tezlik avadanlıqları(High- performance antennas and RF equipment), həmçinin Kratosun əlavə olaraq bir neçə yürüstü sistem məhsulları,  o cümlədən kompas(Compass)və monitorinq və nəzarət sistemi və s. daxildir.

Qeyd edim ki, milli peykimiz Azerspace Kratos şirkətinin müştəriləri siyahısındadır.