23 noyabr 2018-ci il tarixində uzun müddətdən sonra ilk dəfə olaraq Microsoft Apple şirkətini ötərək dünyanın ən bahalı şirkəti statusunu qazanmışdır. Qeyd edək ki, sonuncunun (Apple) səhmlərinin aşağı düşməsi yeni Apple telefonlarına zəif tələbatın olması ilə əlaqədardır.

Ötən cümə, 23 noyabrda Nasdaq birjasında ticarət zamanı “Microsoft”un bazar kapitallaşması 753,34 milyard dollara yüksəldiyi halda “Apple”in göstəricisi 746,82 milyard dollara enmişdir. Ən bahalı şirkətlər siyahısında ilk üçlüyü 736,8 milyard dollar göstərici ilə Amazon şirkəti tamamlayır. Onun ardınca(4-cü yer) isə siyahıda 726 milyard dollar nəticə ilə Alphabet(Google da daxildir buraya) şirkəti qərarlaşmışdır.

Khaleej Times nəşri yazır ki, FAANG ( Facebook, Amazon, Apple, Netflix və Google) şirkətlər qrupu adlandırılan bu qrup heç də asan olmayan dövrünü yaşayır. Belə ki, 20 noyabr 2018-ci il tarixində bu şirkətlərin toplam olaraq kapitallaşması eyni anda 1,02 trilyon dollar aşağı enmişdür. “FAANG”ın iştirakçıları uyğun olaraq 253 milyard, 280 milyard, 253 milyard, 67 milyard və 164 milyard ABŞ dolları həsmində dəyərini itirmişdir.

Qeyd edək ki, Apple şirkətinin bazar dəyərinin çöküşü xüsusilə yeni iPhone XR seriyalı smartfonların pis, mənfi nəticələn satışı ilə bağlı xəbərlərdən sonra baş vermişdir.