Content Review informasiya analitik agentliyinin dünyanın 50 ölkəsində mobil internet xidmətləri tariflərinin təhlilinin nəticələrini dərc etmişdir. Araşdırmanın gedişində 137 rabitə operatorunun təklif etdikləri tariflər təhlil edilmişdir və 1 qiqabaytın(1GB) qiyməti hesablanmışdır(rus rubluyla). Nəticədə ən ucuz mobil internet(data paketi) İranda, ən bahalı isə Yaponiyada olmuşdur.

1GB mobil internetin dünyada ortalama dəyəri 280,49 rubl təşkil etmişdir. Qiqabaytın dəyərini hesablamaq üçün tarif opsiyaları(bir neçə tarif variantı) və ya 3GB və ondan yuxarı trafikin daxil olduğu tariflər götürülmüşdür. Ölkələrin hər birində dördə qədər iri mobil operatorların tarifinə baxılmış və yekun hesablamalarda qiqabaytın qiymətinin orta dəyəri istifadə edilmişdir. Bu orta qiymət Rusiya Mərkəzi Bankının 26 may tarixindəki kursuna uyğun olaraq rubla çevrilmişdir.

Qazaxıstan dördüncü yerdə qərarlaşmaqla ən ucuz mobil internetin olduğu ilk onluğa(top 10) daxil olmuşdur. Bu qonşu Respublikada mobil internetin orta qiyməti 49,5 rubl təşkil edir. Buna baxmayaraq ötən illə müqayisədə reytinq cədvəlində onun vəziyyəti pisləşmişdir. Belə ki, 2017-ci ilin agentliyin analoji hesabatında Qazaxıstan reytinqdə üçüncü yerdə dururdu.

Mobil internetin qiyməti ölkənin ölçüsündən və bazardakı rəqabətdən birbaşa asılıdır. Məsələn böyük olmayan Polşada müqayisədə mobil internetin qiyməti o qədər azalmışdır ki, reytinq sırasında bu ölkə birbaşa 13 pillə irəliləyərək 2-ci yeri tutmağa nail olmuşdur. Bu Polşada LTE şəbəkələrinin qurulmasının və sinxron şəkildə qiymətləri azaldan yerli operatorlar arasında artan rəqabətin nəticəsidir. Araşdırmada baxılan bütün ölkələrdə bu gün praktiki olaraq dördüncü nəsil şəbəkələri(4G) istismara verimiş və bəzilərində isə beşinci nəsilin(5G) yaxın gələcəkdə istismara verilməsi ilə bağlı aktiv hazırlıq işləri getməkdədir.