Domen adlarının və İP adreslərin idarəedilməsi üzrə korporasiya olan İCANN avqustun sonunda xəbərdarlıq etmişdir ki, öz tarixində ilk dəfə 11 oktyabrda internetin domen adlarını mühafizə edən, onu qoruyan kriptoqrafik açarların dəyişdirilməsinə hazırlaşır. Bu saytların açılması zamanı internet istifadəçilərinin bəzilərinin çətinlik yaratmasına gətirib çıxara bilər.

Qeyd edək ki, bu ilkin tarixdir və açarların dəyişdirilməsinin, yeni açarlara keçid(Key Signing Key, KSK) tarixi korporasiyanın gələn həftə, 12 sentyabrda keçirilən iclasında müəyyən ediləcəkdir.

Ümumiyyətlə kriptoqrafik açarlar İCANN-nın təşəbbüsü ilə yaradılmışdır. Əvvəllər DNS serverlərində pisniyyətli(mənfur niyyətli) istifadəçilərdən fərqli olaraq cavabın doğruluğunun yoxlanılması nəzərdə tutulmurdu. Sonda istifadəçi özüdə bilmədən dələduzların serverlərinə qoşula bilərdi. Bundan qaçmaq üçün 2010-cu ildən DNS Security(DNSSEC) genişləndirilməsinə başlanıldı və nəhəng iri internet provayderlər onun quraşdırılmasına razılaşdılar.

Bildirmək isərdik ki, DNSSEC internet ünvanlama(adressing) sistemin təhlükəsizliyini və bütövlüyünü təmin edir. İCANN hər beş ildən bir açarın dəyişdirilməsinə söz vermişdir. 2015-ci ildə açarların ilk dəfə dəyişdirilməsi vaxtının bitməsinə baxmayaraq internet provayderlərin hazırlıq səviyyəsinin aşağı olması üzündən bu məsələ təxirə salınmışdır.

Ekspertlər bildirir ki, 2017-ci ildə internet istifadəçilərinin dörddən birinin təxminən 750 milyon insanın internetə qoşulması DNSEC-in genişləndirilməsindən istifadə edən operatorlardan asılı idi. Məhz bu istifadəçilər potensial olaraq bu problemlə üzləşə bilər. Eyni zamanda ekspertlər bazarın əsas iri oyunçularının, provayderlərin artıq şəbəkələrində lazımı yenilənmələri etdiyini bildirir və yeni KSK-ya(kriptoqrafik açara) keçə biləcəyini söyləyirlər. Ümumiyyətlə kriptoqrafik açarın dəyişdirilməsi bir anlıq, ani prosedur deyildir, faktiki olaraq bu son iki il ərzində davam etmişdir. Bu prosedur avtomatik həyata keçirilir və dünyanın nəhəng rabitə operatorları artıq öz şəbəkə avadanlıqlarında bütün lazımı kökləmələri aparmışlar. Belə olduğu təqdirdə istifadəçilər və internet resursunun sahibləri yeni açara keçidi hiss etməyəcəklər, onların işində fasilələr yaranmayacaqdır. Amma bəzi ekspertlər açarların dəyişdirilməsinin səhvsiz ötüşməyəcəyi qənaətindədirlər. Onlar proqram təminatının köhnəlməsi üzündən DNS proqramlarının yeni açarları tanımaq iqtidarında olmadığı fikrindədirlər. Bu səbəbə görə istifadəçinin sorğusunu ötürən serverlərin 0,04%-nin açarlara düzgün cavab verməyə biləcəyi qənaətindədirlər.

Bəs bizdə necə Azərbaycan internet şəbəkəsi(AzNet), internet provayderlər açarların dəyişilməsinə hazırdırmı? Bu sualı milli provayderlər cavablandırsaydılar bunu İT icması ilə bölüşər və oktyabr ayında açarların dəyişdirilməsindən sonra Respublikamızda internetin dayanaqlı işləyəcəyinə tam əmin olardıq.