OnePlus şirkəti özünün növbəti OnePlus 6 smartfonunun ilkin detallarının anonsunu etmişdir. Şirkər özünün twitter sosial şəbəkəsindəki həvəsləndirici kampaniyasında şirkətin baş icraçı dierktoru Pit Lau(Pete Lau) yeni gurğunun Qualcomm Snapdragon 845 prosessoruna, 8GB RAM256 GB daxili yaddaşa malik olduğunu bildirmişdir. Hələlik onun nə zaman buraxılacağı haqqında məlumat verilmir.

OnePlus 6 smartfonunun ilkin şəkillərinin onun digər rəqiblərindən heç də geri qalmadığını göstərir. Ekranının ölçüsünun 6,2 düymə(inch) olacağı gözlənilir.

Cənab Lau smartfon üzərində şirkətin xüsusi FSE(Fast, Stable, Efficient) qrupunun işlədiyini bildirmişdir. Onların fokusunda bu bayraqdar smartfonun gücünün maksimum artırılmasına nail olmaqdır.