16 may 2018-ci il tarixində Amerikanın korporativ proqram təminatı istehsalçısı Oracle DataScience.com startapını satın almışdır. Sövdələşmənin maliyyə təşkiledicilərinin açıqlanmamasına qərar verilmişdir.

DataScience platformasının satılması bu sövdələşmədən sonra şirkətin fəaliyyətində ən azı yaxın zamanda az bir şeyi dəyişəcəkdir. Startap öz tərəfdaşlarına bundan sonra da eyni məhsul və xidmətlərini təklif edəcəkdir. Belə ki, Oracle bulud platformasının qurulması üçün satın aldığı şirkətin alətlərini öz servisi ilə birləşdirməyə hazırlaşır ki, nəticədə maşın öyrətməsi(Machine Learning, ML) üçün sadələşdirilmiş həll əldə edəcəkdir. Əvvəlcə Oracle DataScience.com məhsulunun işlənib hazırlanma planını öyrənəcək və müştərilər üçün tövsiyyələr hazırlayacaqdır.

Oracle şirkətinin bulud platformasının(Oracle cloud platform) prezidenti Amit Zavery bildirmişdir ki, hər bir şirkət qabaqlayıcı rəqabət üstünlüyünü inkişaf etdirmək üçün əsas üsul kimi datanın intellektual analizini və “machine learning”i öyrənir. Amma “machine learning”in inteqrasiya imkanlarının və çox tərəfli, çox tilli alətlərinin olmaması belə layihələrin iflasına gətirib çıxara bilər. Servislərin birləşdirilməsi gələcək tendensiyaların proqnozlaşdırılması və biznes nəticələrinin yaxşılaşdırılması üçün istifadəçilərə “big data və machine learning”dən daha səmərəli istifadə etməyə imkan verəcəkdir.

Oracle Deloitte analitik agentliyinin tədqiqatlarına istinadən məlumat verir ki, “Machine learning”ə 2017-ci ildə 12 milyard dollar xərclədiyi halda 2021-ci ilə qədər 57,6 milyard dollardan çox vəsait xərcləyəcəkdir.