2018-ci ilin aprel ayında Oracle “Amazon”a qarşı irimiqyaslı kampaniyaya başlayaraq bu internet nəhənginin Pentaqonun bulud xidmətləri ilə bağlı müqaviləsini əngəlləyərək onun qalib gəlməsinə yol verməmək ümidini itirməmək üçün çalışdığı bildirilir. Bu haqda Blumberq(Bloomberg) agentliyi vəziyyətlə tanış olan insanlara istinadən xəbər verir.

Oracle şirkətinin təşəbbüsünü Microsoft kopropasiyası, İBM, Dell, Hewlerd-Packard Enterprise(HPE) kimi şirkətlər dəstəkləyərək Joint Enterprise Defense İnfrastructure(JEDİ) adlı proqramda iştirak etmək niyyətində olduqlarını bildirmişlər. JEDİ proqramı Amerika müdafiə nazirliyinin proqramı olub bu proqram çərçivəsində özünün 3,4 milyon istifadəçisini və 4 milyon qurğusunu bulud xidmətlərinə qoşmağı planlaşdırır. Bu sifarişin dəyəri 10 milyard dollardan başlayır.

Amazona qarşı birləşmiş İT koalisiyası tender prosesinin çoxsaylı şirkətlərə açıq olmasını istəyirlər və tenderin şərtlərinin bir iştirakçının yerinə yetirə biləcəyinə uyğun yazılmamasını dilə gətirmişlər. Amazonun bulud bazarında dominant mövqedə olması sayəsində bu auksionda o favorit hesab edilir.

Blumberqin həmsöhbətlərinin sözlərinə görə Amazonun tenderdə qalib olması şansını azaltmaq üçün Oracle özünün tərəfdarı olduğu texnoloji şirkətlərlə müntəzəm danışıqlar aparır, kütləvi informasiya vasitələrinə, qanunverici hakimiyyət orqanının lobbist nümayəndələrinə, müdafiə nazirliyindən və ağ evdən olan məmurlara müraciət edir.

Pentaqonun nümayəndələri, o cümlədən müdafiə naziri Cim Mətis(Jim Mattis) dəfələrlə kontraktın icrası ilə bağlı hələ yekun qərarın qəbul edilmədiyini bildirmişlər. O iştirakçıların ərizələrinə rəqabət üstünlüyü mövqeyindən yanaşacaqlarını bildirmişlər. Qalibin və ya qaliblərin 2018-ci ilin sentyabr ayında seçiləcəyi bildirilir.

Pentaqonun satınalmalar üzrə rəisi Elen Lord(Ellen Lord) tenderin ədalətli, şəffaf və açıq keçiriləcəyini bəyan etmişdir. Oracle şirkətinin baş vitse- prezidenti Ken Qluk(Ken Glueck) müdafiə nazirliyinin bulud kontraktı uğrunda mübarizə apacaqlarına maraqlı olduqlarını bildirmişdir.

İBM-də Blumberqə demişlər ki, şirkətlərdə bir neçə buluddan istifadə praktikasını dəstəkləyirlər. İBM-də Amazona qarşı İT koalisiyasında iştirakını nə təsdiq etmişlər nədəki təkzib, inkar etmişlər.

Amazon, Microsoft və HPE şərh verməkdən imtina etmişlər. Dell avadanlıq bazarında “Oracle”la rəqabət apardıqlarını bildirmişlər, amma şirkətlərin öz məhsullarının inteqrasiyasının təminatı hissəsində əməkdaşlıq etdiklərini bildirmişlər.

Nəşr qeyd edir ki, “Oracle”in bazar dəyəri Amazondan 3 dəfə azdır, belə ki, verilənlər bazasının idarə edilməsi(database) istehsalçısı Vaşinqtonda başından yuxarı tullanmağa cəhd edir, belə ki, orada şirkətin hakimiyyətlə qarşılıqlı təmasa cavabdeh olan təcrübəli əməkdaşlar komandası vardır. 2018-ci ildə Donald Tramp şəxsən ədliyyə nazirliyinə “Oracle”dan olan Ezra Koen Vatnikin (Ezra Cohen-Watnick) baş prokuror Jef Seşensin(Jeff Sessions) milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi vəzifəsinə götürülməsi göstərişini vermişdi.

“Oracle”in başçısı Safra Katz(Safra Catz) Trampın lap əvvəllərdən tərəfdarı olmuş və ABŞ prezidentinin keçid komandasında komitə rəhbəri təyin edilmişdir.

Qeyd edim ki, bundan öncə bulud xidmətləri ilə bağlı analoji tenderi keçirən Mərkəzi Kəşfiyyat İdarəsi o zaman Amazonu tenderin qalib elan etmişdi.