Fransanın Arianespace şirkəti Azerspace 2/İntelsat 38  və Horizons 3e peyklərininin hər ikisini Ariane 5 raketdaşıyıcısının vasitəsilə kosmik fəzaya qaldırmaqla özünün 100-cü uçuşunu həyata keçirməyi planlaşdırır. Milli mətbuat isə ötən gün uçuşun yenidən baş tutmadığını bildirir.

Azərbaycanın ikinci geostasionar peyki(GEO) İntelsat(ABŞ) və Sky Perfect JSAT(Yaponiya) birgə müəssisəsi olan “Horizons Satellite“ın yeni Horizons 3e peyki ilə birlikdə kosmik fəzaya yollanmalıdır. Bundan öncə isə “Arianespace”in Fransız Qvianasındakı kosmik mərkəzindən sentyabrın 7-də(cümə günə) Ariane 5 raketinin sonuncu modifikasiya edilmiş və öz sinfində ən güclü raketi olan “Ariane 5 Evolution Cryotechnique Type A” raketi ilə hər iki peykin kosmosa qalxması baş tutmamışdır. Ümumiyyətlə bu peyklərin kosmik fəzaya buraxılması milli mətbuatın məlumatlarında bir neçə dəfədir ki, təxirə salındığı bildirilir. Arianespace isə uçuşun sentyabrın 25-də baş verəcəyini bildirir(Flight VA 243 uçuşu).

Qeyd edim ki, Azerspace 2/İntelsat 38 peyki ABŞ-ın Space Systems Loral(SSL, a Maxar Technologies company) şirkəti(Kaliforniya ş., Palo Alto) tərəfindən hazırlanmış, Avropa, Mərkəzi və Cənubi Asiya, Orta Şərq və Afrika qitəsini də əhatə etməklə geostasionar orbitdə 45 E.L(şərg uzunluğu) mövqeyinə qaldırılacaqdır(bu mövqe İntelsat peyk operatoruna məxsusdur və istismar müddətini başa vurmuş İntelsat 12-nin yerinə qaldırılır). Bu 46 E.L(1 dərəcəlik fərq var) kosmik mövqedə yerləşən Azərbaycanın birinci peyki Azerspace/Africasat 1a peykinin tam yanındadır. Vurğulamaq istərdim ki, Azerspace-1 peykidə ABŞ-ın Orbital Sciences Corporation şirkəti tərəfindən hazırlanmış və Arianespace şirkəti tərəfindən kosmik fəzaya 2013-cü ilin fevral ayında qaldırılmışdır.

Azerspace 2/İntelsat 38 peyki ilə kosmik fəzaya qaldırılacaq Horizon3e peyki isə Boeing şirkəti tərfindən hazırlanmış və bu İntelsatın İntesat Epic NG xidmətləri göstərəcək altıncı peykidir. Buraxılma baş tutarsa bu peyk 169 E.L mövgeyindən Sakit Okean Regionunu tam əhatə edəcəkdir. Horizon 3e peyki xırda dar şüalarla(small spotbeam) HTS(High Throughput Satellites) xidmətləri göstərməklə qarışıq, hibrid formada C və Ku tezlik zolaqlı(C and Ku band) faydalı yüklə təchiz edilmişdir.

Ümid edirik ki, sentyabrın 25-də hər iki peyk kosmik fəzaya qalxacaq və ölkəmiz ikinci telekommunikasiya peykinin orbitdə istismarına nail olar.