2018-ci ilin əvvəllərində Palo Alto Networks şirkəti ictimai bulud(public cloud) Proqram Təminat(PT) developeri RedLock şirkətini 173 milyon ABŞ dollarına alması haqda məlumat yaymışdır. Sövdələşmənin gələn aya, noyabrın sonuna qədər bağlanması planlaşdırılır və razılaşmaya uyğun olaraq alıcının öz vəsaiti hesabına ödəniləcəyi bildirilir. Başqa sözlə onun səhmlərini cəlb etmədən bu biznes proses baş tutacaqdır.

Palo Alto Networks şirkətinin baş direktoru və direktorlar şurasının sədri Nikeş Arora(Nikesh Arora) bu sövdələşmədən sonra şirkətin bulud strategiyasının möhkəmlənəcəyini bildirmişdir. O RedLock texnologiyasının “Palo Alto Networks”in bulud əlavələrinə(applications) əlavə edilməsindən çox məmnun olduğunu bildirmişdir. Onların vahid brend altında xidmət göstərməsi Google Cloud Platform, Amazon Web Services(AWS), Microsoft Azure da daxil olmaqla çoxbuludlu mühüt üçün ən mürəkkəb müdafiə sistemini təklif etməyə imkan verəcəkdir.

Palo Alto Networks RedLockun məhsul işləmələrini(development) 2018-ci ilin əvvəlində satın aldığı Evident.io şirkətinin texnologiyaları ilə birləşdirməyi hazırlaşır. Bu inteqrasiya sayəsində bulud təhlükəsizliyi sferasında analitika, təhdidlərin aşkarlanması, İT-nin müdafiəsinə görə fasiləsiz monitorinq və informasiya təhlükəsizliyinin tələblərinə riayət olunması üçün vahid platformanın yaradılması planlaşdırılır.

RedLockun rəhbəri və təsisçisi Varun Badharın(Varun Badhwar) sözlərinə görə şirkət buludda texnoloji platforma yaratmışdır ki, APİ-dən ( Application Programming İnterface) istifadə sayəsində artıq sürətli formada, tez bir zamanda istifadə etməyə başlamaq mümkündür. O müştərilərə ictimai buluda təhlükəsiz miqrasiya olunmağın yollarını göstərməyi sevdiklərini bildirmişdir.