2018-ci ilin iyun ayında Çin hakimiyyətinin pik saatlarda sərnişinaxınının sürətləndirilməsi məqsədilə metroda biometrik texnologiyaların tətbiqi planları haqqında məlumatlar verilmişdir.

China daily qəzetinin Pekin metropoliteninin biznesin inkişafı şöbəsinin rəhbəri Çjan Huabinqə(Zhan Huabing) istinadən verdiyi məlumatda 2018-ci ilin sonuna qədər yeraltı nəqliyyatda insanların sifət cizgilərinə(simasına) görə tanınması və barmaq izləri sistemi istismara veriləcəkdir.

Kameraların köməkliyi ilə sifəti tanıyacaq skanerlər sərnişinlərin hərəkətlərini izləməyə imkan verəcəkdir ki, buda stansiyanın girişində insanları tanımağa, identifikasiya etməyə imkan verəcəkdir. Bununlada ənənəvi keçid üsuluna son qoyulacaq və girişdə hərəkəti ləngidərək sərnişinlərin bu zaman vaxt itkisi praktikasına son qoyulacaqdır. Yeraltı nəqliyyatın nümayəndəsinin sözlərinə görə bu texnologiya kifayət qədər kamildir və metropoliten sistemində geniş tətbiq etmək mümkündür.

Xüsusi skanerə barmağını qoymaqla metro ziyarətçiləri turniketdən tez keçə bilərlər. Verilənlər bazasına qoşulan sistem sərnişinin axtarışda olub olmadığunu öyrənməyə imkan verəcəkdir. Bununla yanaşı paytaxt yeraltısının rəhbərliyi qabaqcıl biometrik sistemin işləmə rejimində keçidin ödənişinin problemli olaraq qalmasını etiraf etmişdir.

Daktiloskopik sensorlar(datçiklər) əvvəllər Şanxay metrosunda tətbiq edilmişdir. Bu metropoliten əməkdaşlarının saxlanılmasına çəkilən xərclərin azalmasına və təhlükəsizliyin artmasına gətirib çıxarmışdır.

2018-ci ilin iyun ayına qədər Pekində ümumi uzunluğu 608 km olan 22 şəhər dəmir yolu xətti mövcuddur ki, gündəlik olaraq ara günlərdə metrodan istifadə edən insanların sayı orta hesabla 10 milyonu aşır.