2018-ci ilin may ayında Amerika Müdafiə Nazirliyinin sifarişi əsasında gürumun qlobal miqyasda McAfee proqram məhsulunu tətbiqi etməsi ilə bağlı auksionun keçirilməsi  haqqında məlumatlar yayılmışdır. Sifarişin dəyəri 0,5 milyard dolları aşır.

Pentaqonun kompüter sistemlərində, bütün dünya üzrə Amerikanın xüsusi xidmət orqanlarında və dəniz sərhəd xidməti mühafizə sistemlərində avadanlıqlar, proqram təminatı, AcAfee markası, brendi altında quraşdırılacaqdır.

Layihəni Amerikanın 3 konsaltinq şirkəti yerinə yetirəcəkdir: İnternational Systems Marketinq, DLT solutions, EC America(Arrow Electronics şirkətinin törəməsi). Onlara bütövlükdə 550 milyon dollar ödəniləcəkdir, amma ödənişlərin onların arasında necə bölünməsi haqqında məlumat verilmir. Eyni zamanda amerikan güc strukturu tərəfindən “McAfee”nin hansı məhsul və xidmətindən istifadə edəcəyi açıqlanmır.

ABŞ Müdafiə Nazirliyinin bəyanatında müştərilərin, data və serverlərin, məlumat, data itkisinin aradan qaldırılması, boşluqların idarə edilməsi, elektron poçtun təhlükəsizliyi, şəbəkəyə kənardan müdaxiləni qorumaq hallarında bu məhsulun funksional tələb və imkanlara cavab verəcəyini bildirmişdir.

Qeyd edim ki, Amerika hökuməti “AcAfee”nin məhsullarını “Kasperski Laboratoriya“sı həllərinin yerinə quraşdıracaqdır. 2017-ci ilin sentyabr ayında Milli Təhlükəsizlik agentliyi bütün qürum və departamentlərə Rusiya antivirus şirkətinin proqram təminatının bu ölkənin təhlükəsizliyinə potensial təhlükə yaratdığı üçün bu məhsuldan istifadə etməyi qadağan etmişdir. “Kasperski Laboratoriya”sı kibercəsusluqla bağlı dəfələrlə bu ittihamları rədd etmiş və amerika məhkəmələrində qadağayla mübarizə aparmışdır. 2018-ci ilin may ayına qədər vendorun amerikanın dövlət sektoruna qayıtmaq cəhdləri nəticəsiz olaraq qalmışdır.