Rusiya mobil əlavə(mobile application) yüklənmə sayına görə Çin, Hindistan, ABŞ və Braziliyadan sonra ilk beşliyə(top 5) daxil olmuşdur.

Rusiyalılar 2017-ci ildə “App Store” və “Google Play”də ödənişli mobil əlavələrə 500 milyon dollar xərcləmişlər. 

App Annie təşkilatının hesabatında 2017-ci ildə 2016-cı ildən fərqli olaraq Rusiyalıların orta hesabla vaxtının 10%-dən çoxunu mobil əlavələrdə keçirdiyi bildirilir. Bu vaxt gündəlik 139 dəqiqədir.

Yerli developerlərin əlavələrinin yüklənmə payı 24% təşkil edir. Əlavələrin köməkliyi ilə bu seqmentlərdən olan alışın həcmi artmışdır: İçki və yemək(100% artım), ecommerce(50%), sağlamlıq və fitnes(40%), “idman” və “maliyyə”(35%).

Ən çox yüklənən servis WhatsApp messenceri, VKontakte sosial şəbəkəsinin messenceri, Viber messenceri, Sberbank onlayn bank əlavəsi, Yula ticarət alış- veriş meydanının əlavəsi olmuşdur. İlk 20-liyə Avito, Yandex Brauzer, Odnoklassniki, Joom, Yandex axtarış sistemi, YandexTaxi, Yandex Naviqator, Moy MTS daxil olmuşdur.

Hesabatda Azərbaycanlıların mobil əlavədə gündəlik nə qədər vaxt keçirməsi və 2017-ci ildə App StoreGoogle Playdə ödənişli mobil əlavələrə neçə min(milyon) dollar xərclənməsi haqqında məlumatlar yer almamışdır.